24 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

15-17 aprel tarixlərində Bakıda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans (IDEC) ­keçirilib.
Konfransın məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır. Bəşəriyyəti ciddi narahat edən, yeni təhlükələrə və bəlalara yol açan narkotiklərə tələbatın azaldılması yollarının tapılması baxımından nadir platforma olan beynəlxalq konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan o, 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib.
Dünyanın 150-dən çox ölkəsindən 500-dək nümayəndənin qatıldığı beynəlxalq konfransın plenar iclaslarında regional işçi qrupların təqdimatları olub.
Naxçıvan Muxtar Respublikasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri konfransda yüksək qiymətləndirilib və muxtar respublikaya xatirə medalı təqdim olunub.

"Şərq qapısı"

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4301565
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2915
5670
14086
132923
4301565

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter