23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqram maliyyələşdirilir və icra olunur. Dünən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə həmin proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimlərinə start verilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsi olaraq muxtar respublikada yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də onların öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Naxçıvan qadınları yaradılmış imkanlardan istifadə edərək bütün sahələrdə fəaliyyət göstərir, xüsusən də özəl sektorda geniş təmsil olunurlar. Bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir.

Vurğulanıb ki, ölkəmizdə qəbul edilmiş dövlət pro­qramlarının icrası, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, insanların, o cümlədən qadınların işə olan münasibətini dəyişmiş, onların sahibkarlıqla, xüsusən də ailə-kəndli fermer təsərrüfatlarının yaradılması ilə bağlı maraqlarını daha da gücləndirmişdir. Muxtar respublikada qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına yaradılan şərait digər sahələrdə olduğu kimi, özəl sektorda da yüksək nailiyyətlər əldə etməsinə öz təsirini göstərir. Hazırda muxtar respublikada 5478-i fiziki, 49-u isə hüquqi şəxs olmaqla, ümumilikdə, 5527 qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkar qadınlar, əsasən, istehsal, ictimai iaşə sahələri, sənaye materiallarının satışı və digər ticarət və xidmət sahələrində fəaliyyət göstərirlər. Sahibkar qadınlar muxtar respublikada həyata keçirilən geniş quruculuq tədbirlərində yaxından iştirak edir və sosial-iqtisadi inkişafa öz töhfələrini verirlər.
Komitə sədri onu da qeyd edib ki, “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” ­layihəsi çərçivəsində maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimi qadınların, xüsusilə də sağlamlıq imkanları məhdud olan qadınların sahibkarlıq fəaliyyətinə təşviqi məqsədi ­daşıyır.
Bildirilib ki, təlimlər zamanı fiziki qüsurlu və az­təminatlı ailələrdən olan qadınlar da daxil olmaqla, muxtar respublikanın bütün rayonlarından və Naxçıvan şəhərindən olan 250 qadın iştirak etməklə 7 təlim keçiriləcəkdir. Hər təlim 2 gün davam etdiriləcək və tədbir iştirakçılarına təlimlərin sonunda sertifikatlar təqdim olunacaqdır.
Ramilə Seyidova çıxışının sonunda təlim iştirakçılarına uğurlar arzulayıb.
Təlimdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə və maliyyə savadlılığı təlimi ilə bağlı qadınlara məlumat verib. O qeyd edib ki, bu təlim modulu qadınlar üçün büdcə planlaşdırması, borc idarəetmə üsulları, qənaət vərdişləri və digər bacarıqlarla bağlı geniş spektrli təlim imkanları yaratmaqla, onların iqtisadi səlahiyyətlərinin artırılmasına və maliyyə müstəqilliyinin təmin edilməsinə dəstək göstərəcək.
Diqqətə çatdırılıb ki, keçiriləcək təlimlər 250 nəfərdən artıq qadının maliyyə savadlılığının, maliyyə resurslarına çıxışının və təşkilati bacarıqlarının yaxşılaşmasına imkan verəcək. Onlar arasından ən yaxşı biznes ideyasına malik 50 qadın “Öz biznesinə başla və onu təkmilləşdir” təlimlərinə dəvət olunacaq və həmçinin təlimlər dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin və dayanıqlı inkişaf məqsədlərinin icrasının sürətləndirilməsi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliyə dəstək olaraq 4-cü (keyfiyyətli təhsil), 5-ci (gender bərabərliyi) və 8-ci (layiqli əmək və iqtisadi artım) qlobal məqsədlərin icrasına töhfə verəcək.
Qeyd edək ki, Naxçıvan şəhər qadınları üçün təşkil olunan təlim bu gün yekunlaşacaq, təlim zamanı iştirakçılara iaşə xidməti də göstərilib.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4008541
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2775
4717
16031
90923
4008541

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter