23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

 Ulu öndərimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim Naxçıvanda keçirilən ənənəvi Beynəlxalq Şahmat Festivalına böyük maraq var. Artıq bütün dünya şahmatçıları bu turnirin keçirilməsini səbirsizliklə gözləyirlər. Bu il də festivalda çoxsaylı şahmatçı iştirak edir. 

“Şərq qapısı” qəzetinə müsahibəsində bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov deyib.
O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən doqquzuncu “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılış tədbirinin möhtəşəm olduğunu və festivalın Azərbaycanın, həmçinin beynəlxalq şahmat təqvimində mühüm yer tutduğunu qeyd edib.
Elman Rüstəmov bildirib ki, festivalda 14 ölkədən, təxminən, 356 şahmatçı iştirak edir və onlar üç qrupda mübarizə aparacaqlar.
O, Naxçıvanda keçirilən böyük şahmat bayramının uğurla nəticələnəcəyinə əmin olduğunu vurğulayıb.
Azərbaycan Şahmat Federasiyasının prezidenti deyib: “Fürsətdən istifadə edərək muxtar respublika rəhbərinə festivalın yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yeni seçilmiş sədri və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti təyin olunan Seymur Talıbova da gələcək fəaliyyətində uğurlar arzulayıram. Ümidvaram ki, muxtar respublikada şahmatın kütləviliyi və inkişaf etdirilməsi istiqamətində əməkdaşlığımızla mühüm nailiyyətlər qazanacağıq”.

 Rauf KƏNGƏRLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4008610
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2844
4717
16100
90992
4008610

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter