24 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalı çox yüksək səviyyəli bir turnirdir. Festivalda güclü reytinqə malik olan bir sıra şahmatçının iştirakı da bunu təsdiq edir.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Gülkız Tülay deyib.
İkinci dəfədir ki, muxtar respublikada keçirilən Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak etdiyini vurğulayan Gülkız Tülay qeyd edib ki, ötən il Culfa, Ordubad və Babək rayonlarında fəaliyyət göstərən uşaq-gənclər şahmat məktəblərində olub, burada dərs prosesini izləyib, turnirlərdə uğurlar qazanan gənc şahmatçılarla görüşüb və Naxçıvanda şahmatın inkişafının, kütləviliyinin təmin edilməsi ­istiqamətində böyük işlər görüldüyünün şahidi olub.
“Naxçıvandakı şahmat məktəbləri bütün dünyaya nümunə göstərilə biləcək səviyyədədir. Türkiyədə də şahmat inkişaf etdirilib, ancaq təhsildən fürsət qalanda şahmata və yaxud başqa fəaliyyətlərə vaxt ayrılır. Azərbaycanda, o cümlədən muxtar respublikada isə şahmat artıq təhsilin bir hissəsinə çevrilib”, – deyən Türkiyə Respublikası Şahmat Federasiyasının prezidenti onu da bildirib ki, muxtar respublikaya hər səfərində Naxçıvanın tarixiliyi və müasirliyi onu valeh edib.
Gülkız Tülay deyib: “Naxçıvan çox gözəldir. Muxtar respublikanın iqlimi Türkiyənin iqliminə çox oxşayır. Mən bütün dostlarıma gəlib Naxçıvanı görməyi tövsiyə edirəm. Gələcəkdə bura bir daha səfər etməyi düşünürəm”.

Tural AĞAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4301561
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2911
5670
14082
132919
4301561

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter