23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru Saleh Məhərrəmov açıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev sözügedən müşavirədə nazirliyə əmək bazarının tələblərinə uyğun kadr hazırlığı işinə nəzarətin artırılması, sosial layihələrin həyata keçirilməsinin davam etdirilməsi istiqamətində verilmiş tapşırıqların icrasına uyğun olaraq “İdeyadan başlanğıca” layihəsi çərçivəsində görüləcək işlər haqqında məlumat verib. Qeyd edilib ki, “Sosial Könüllülük Akademiyası”nı uğurla başa vuran gənclər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq işlərə könüllü kimi cəlb olunacaqdır.

Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, sosial könüllülük layihəsinin həyata keçirilməsində əsas məqsəd könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin təşviqi, bu prosesə gənclərin qoşulmasının təmin edilməsi, sosial sahədə çalışacaq könüllülərin yetişdirilməsi və gələcəkdə onların dövlət qurumlarında işlə təmin olunması imkanlarının artırılmasından ibarətdir.
Sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, iştirakçılara sosial könüllülüyün təşviqinə dair bukletlər paylanılıb, fərqləndirici nişanlar təqdim olunub.
Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə yaradılmış “Sosial Könüllülük Akademiyası”nın ilk məzunlarına sertifikatlar təqdim olunub. Qeyd edilib ki, 3 ay davam edəcək fəaliyyət proqramı əsasında akademiyanı uğurla başa vuran gənclər sosial müdafiə sahəsində könüllü kimi çalışmağa cəlb ediləcəklər.
Tədbirdə sosial könüllülərlə yanaşı, Naxçıvan Dövlət Universitetində Sosial iş ixtisası üzrə təhsil alan tələbələr də iştirak ediblər.

*  *   *

Naxçıvan Turizm İnformasiya Mərkəzində “Turizm sahəsində startapların hazırlanması” mövzusunda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək bildirib ki, muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, turizmin inkişafı sahəsində də mühüm tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, muxtar respublikada son illərdə turizmin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü turizm infrastrukturunun, maddi­-texniki bazanın yaradılması yüksək­ixtisaslı kadr hazırlığına qarşı ciddi tələblər qoyur.
Sonra departamentin əməkdaşı, ekspert qrupunun rəhbəri Orxan Cəfərov “Turizm sahəsində startapların hazırlanması” mövzusunda çıxış edərək bildirib ki, “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin (startapların) həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində ekspert qrupu yaradılıb. Ekspert qrupu tələbələrin layihələrini potensial təsirlər, biznes modeli, komanda işi, fərqlilik, yenilikçilik və dayanıqlılıq meyarları üzrə qiymətləndirəcəkdir.
Vurğulanıb ki, layihələr həm qlobal, həm də yerli şəraitdə istifadə edilə biləcək sahələrə həsr olunmalıdır. Bu layihələr otelçilik, turoperatorluq, tur­agentlik, turizmin növlərinin inkişafı və turist marşrutlarının hazırlanması kimi sahələri əhatə edə bilər.
Sonda tələbələr Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

 Pərviz HACILI

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4008822
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3056
4717
16312
91204
4008822

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter