24 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu sərəncamın mütəxəssis hazırlığındakı mühüm rolundan bəhs edib.
Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov bildirib ki, məlum sərəncamla universite­tin Hüquq ixtisası digər hüquq-­mühafizə orqanları ilə yanaşı, Daxili İşlər Nazirliyinin də hamiliyinə verilib. Qeyd edilib ki, yeni sərəncam bilikli və təcrübəli gənc kadrların yetişdirilməsinə, onların öz ideyalarının təcrübədə tətbiqinə xidmət edəcək.

Diqqətə çatdırılıb ki, bu sahədə hami təşkilatların qarşısına qoyulan vəzifə muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə nail olmaqdır. Düşünülmüş ideyalara söykənən startap layihələrin tətbiqi muxtar respublikada iqtisadiyyatın, səhiyyənin, turizmin və digər sahələrin inkişafına xidmət edir.
Bildirilib ki, hər bir layihə hazır­lanarkən ölkə qanunvericiliyinə və respublikamızın tərəfdar çıxdığı beynəlxalq qanunvericiliyə ciddi əməl olunmalıdır.
İstintaq və Təhqiqat Şöbəsinin rəisi, polis polkovniki Hikmət Əliyev, İstintaq və Təhqiqat Şöbəsinin Kriminalistik tədqiqatlar bölməsinin baş kriminalist-təhqiqatçısı, polis-mayoru Mirhəsən Seyidli nazirliyin iş strukturu, kriminalistika sahəsində istifadə olunan üsullardan söhbət açıblar. Çıxış edənlər startap layihələrinin əhəmiyyətini vurğulayıblar.

Səadət Əliyeva

*  *  *

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə birgə həyata keçiriləcək ilk startap layihəsinin – “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli bildirib ki, müvafiq sərəncamın icrasının təmin edilməsi ilə əlaqədar İnnovasiya və Startapların Dəstəklənməsi Mərkəzi yaradılıb. Mərkəz “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsini hazırlayıb. Layihənin əsas məqsədi rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə “səyyar dövlət qulluğu xidməti”nin göstərilməsidir.
Daha sonra komissiyanın əməkdaşı, Naxçıvan Dövlət Universitetinin müəllimi Türkan Gülməmmədli slaydlar vasitəsilə “Vətəndaşların dövlət qulluğuna qəbulunun stimullaşdırılması” layihəsi ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, komissiya üçün yeni internet portalının və proqram təminatının istifadəyə verilməsi vətəndaşların dövlət qulluğuna qəbulu ilə əlaqədar müraciət etmək imkanlarının asanlaşdırılmasına, yaranan vaxt və maliyyə itkisinin qarşısının alınmasına, “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə müsabiqələrdə iştirakına imkan yaradır.
Tədbirin sonunda İnnovasiya və Startapların Dəstəklənməsi Mərkəzinin direktoru, komissiya sədrinin müavini Ümid Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti ilə bağlı mobil aplikasiyanın hazırlanması üçün elan edilmiş müsabiqə barədə məlumat verib.
Sonda qeyd olunan məsələlərlə bağlı müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4301745
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3095
5670
14266
133103
4301745

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter