20 Aprel 2019, Şənbə

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər ­Kabineti tərəfindən 2019-cu ilin aprel ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2019-cu il 1 aprel tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” və “İri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” Qərar qəbul edilmişdir.
Bundan başqa, “Naxçıvan Muxtar Respublikasında “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 15 sentyabr tarixli 85 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında”, həmçinin “Naxçıvan Muxtar Respublikasında fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 yanvar tarixli 18 nömrəli Qərarında da dəyişikliklər olunmuşdur. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının büdcədən maliyyələşdirilən meliorasiya və su təsərrüfatı işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nin təsdiq edilməsi barədə” 2015-ci il 14 yanvar tarixli 5 nömrəli və “Naxçıvan Muxtar Respublikasında peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” 2018-ci il 17 yanvar tarixli 10 nömrəli qərarlarında dəyişikliklər edilmişdir.

Əlavə olaraq bildirilir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”nın təsdiq edilməsi və “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi haqqında” 2005-ci il 8 aprel tarixli 61 nömrəli və “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə” 2008-ci il 7 oktyabr tarixli 89 nömrəli və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 3 noyabr tarixli 113 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun və qanunvericiliyə uyğun olaraq tətbiq edilən cərimələrdən daxil olan vəsaitin həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat ofislərinin xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında” qərarlarında da bir sıra dəyişikliklər edilmişdir.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3874434
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3337
4136
22824
64825
3874434

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter