26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

2019-cu ilin birinci rübündə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası təmin edilmişdir. Nazirliyin xilasediciləri və yanğınsöndürənləri “Daimi hazırlıq” mərhələsində saxlanılmış, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması məqsədilə struktur qurumlarda taktiki-xüsusi təlimlər keçirilmişdir. Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi təlimlərdə, toplantılarda və çöl-səhra çıxışlarında nazirliyin xilasediciləri və yanğınsöndürənləri iştirak etmişdir. Xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin müxtəlif istiqamətlərdə yürüşləri keçirilmiş, xidməti və əməliyyat minik avtomobillərinin texniki sazlığı yoxlanılmışdır.

 

İstehsalat müəssisələrində texniki təhlükəsizliyin təmin olunması, hadisələrin qarşısının vaxtında alınması məqsədilə 31 lift texniki müayinədən keçirilmiş, 4 nəqliyyat vasitəsi, 1 təhlükə potensiallı obyekt, 8 qurğu dövlət reyestrində qeydiyyata alınmış, 1 təhlükə potensiallı obyekt, 29 qurğu dövlət reyestrində təkrar qeydiyyatdan keçirilmiş, 29 təhlükə potensiallı obyektdə texniki təhlükəsizliyin təmin edilməsi ilə bağlı yoxlama, radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə 15 obyektdə monitorinq keçirilmiş, 8 müəssisədə 87 texnoloji nəqliyyat vasitəsi texniki baxışdan, 4 qurğu texniki müayinədən keçirilmiş, 19 qurğuya sertifikat verilmişdir. Mülki müdafiə işinin təşkili ilə bağlı müxtəlif kateqoriya üzrə 328 nəfər rəhbər, komandir-rəis heyətinin mülki müdafiəyə və fövqəladə hallara hazırlanması təmin edilmiş, 89 obyektdə 2292 nəfərin iştirakı ilə maarifləndirici tədbir və qrup məşğələsi, 5 müəssisədə konfrans keçirilmişdir. Qıvraq qəsəbəsində yeni istifadəyə verilmiş yaşayış binasının zirzəmisində mülki müdafiə səfərbərlik ehtiyat anbarı yaradılaraq əhalinin sayına uyğun fərdi mühafizə vasitələri yığılmış, rayonlarda mülki müdafiə təyinatlı zirzəmilərin vəziyyəti və 2-ci qrup fərdi mühafizə vasitələrinin saxlanılma şəraiti yoxlanılmışdır.

Muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə 612 obyektdə əsaslı, 578 obyektdə nəzəri, 91 obyektdə məqsədli yoxlamalar keçirilmiş, 308 dövlət yaşayış binasının 5187 mənzilində yanğın-texniki müayinələr aparılmış, müşahidə olunan çatışmazlıqlar aradan qaldırılmışdır. Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı 109 obyektdə mülki məsuliyyətin icbari sığortası həyata keçirilmişdir.

Muxtar respublikada 42 tikinti obyektinin ərazisində qazılmış mühəndis-geoloji kəşfiyyat quyularından qrunt nümunələri götürülmüş, tikiləcək və yenidən qurulacaq 30 obyektin işçi və layihə sənədlərinin ekspertizadan keçirilməsinə hazırlıq işləri aparılmışdır. Tikintisi başlayacaq 67 obyektdə dövlət nəzarətinin fərdi qaydada aparılması üçün “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nın açılması təmin edilmiş, Babək və Kəngərli rayonlarında tikiləcək 19 fərdi yaşayış evinin layihəsi uçota alınmışdır. İstehsal olunan tikinti materiallarının mütləq şəkildə sınaqdan keçirilməsi ilə bağlı 25 sayda müxtəlif nümunənin laboratoriya şəraitində sınaqları aparılmışdır. Tikintisi başa çatdırılmış 14 obyektə “İstismara hazırlıq aktı” verilmişdir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4132709
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
738
4775
9869
96309
4132709

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter