19 Sentyabr 2019, Cümə axşamı

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Pedaqoji fikir tarixindən” kitabının təqdimatı keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov son illər Naxçıvan Muxtar Respublikasında təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlər, imzalanan dövlət sənədlərinin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, bu işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən 10 min tirajla “Pedaqoji fikir tarixindən” kitabı nəşr etdirilib. Kitabların 8 mindən çoxu muxtar respublika ümumtəhsil məktəblərinin müəllimlərinə və məktəb kitabxanalarına verilib.
Qeyd olunub ki, elmi-pedaqoji əhəmiyyəti, yeni nəslin təlim-tərbiyəsində, eləcə də gənc nəsildə vətənpərvərliyin formalaşmasında mühüm rolu nəzərə alınaraq “Pedaqoji fikir tarixindən” kitabı “Oxunması zəruri olan kitabların Siyahısı”na əlavə edilib.

Tədbirdə Naxçıvan Qızlar Liseyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Aidə Allahverdiyevanın, Naxçıvan Qarnizonu tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Mirzəyevanın və Şərur Şəhər ­Fizika-Riyaziyyat Təmayüllü Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Elmihəyat Səfərovanın çıxışları dinlənilib.
Çıxış edənlər kitabın ərsəyə gəlməsi və nəşrinə göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Sonra “Pedaqoji fikir tarixindən” kitabından görkəmli pedaqoqlara aid seçmələr oxunub.
Sonda Məhəmməd Tağı Sidqiyə həsr olunmuş “Xalqın müəllimi” sənədli filminin nümayişi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR