25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Xəbər verdiyimiz kimi, Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli 8-9 aprel tarixlərində muxtar respublikamızda səfərdə olub. Səfərinin sonunda qonaqdan Naxçıvan təəssüratlarını öyrəndik:

– Bu, mənim Naxçıvan Muxtar Respublikasına ilk səfərim olsa da, özümü ölkəmizdəki kimi hiss etdim. Xüsusən burada dəniz səviyyəsindən 2 min metr yüksəklikdəki qarlı ərazilərə səyahət zamanı Tacikistanda olduğu kimi, sanki dünyanın zirvəsinə qalxdığıma bir daha inandım. Odur ki, təəssüratlarım çox möhtəşəmdir. Təbiət Naxçıvana hər cür gözəllik bəxş edib. Gəzib-gördüyüm yerlərdəki səliqə-sahman, təmizlik, insanların qonaqpərvərliyi mənim ikigünlük Naxçıvan səfərimdən aldığım təəssüratların ən gözəlidir. Ayrıca olaraq Naxçıvan Muxtar Respublikasında keçirdiyim çox mühüm görüşlər və tanış olduğum yerlər bu gözəl diyara səfərimin məhsuldar olmasına səbəb oldu.
Onu da qeyd edim ki, muxtar respublikanızın böyük iqtisadi-mədəni potensialı vardır. Naxçıvan Biznes Mərkəzi ilə tanışlıq müddətində belə bir qənaətə gəldim: – Naxçıvanda istehsal olunan məhsullar buradakı həyat səviyyəsindən, əhalinin yaşayış standartlarının yüksək olmasından xəbər verir. Xüsusən Naxçıvanın su elektrik stansiyalarının tikilməsi işində qazandığı təcrübə, enerji və ərzaq təhlükəsizliyini təmin etməsi sahəsində əldə etdiyi nailiyyətlər diqqətimi çəkdi. Bildiyiniz kimi, Tacikistan da yüksək şirin su və hidroenerji potensialına malikdir və Naxçıvanın bu resurslardan istifadə sahəsində qazandığı təcrübə, bu mənada, maraqlıdır. Naxçıvandakı Günəş Elektrik Stansiyası da bu diyarın yüksək enerji potensialından xəbər verir.

Səfir bildirib ki, Naxçıvan şirkətlərinin istehsalı olan bir sıra məhsullar bizim ölkəmizdə də alıcılar tapa bilər. Odur ki, biz müvafiq qurumlarla birgə təşkil olunmuş dəyirmi masada gələcəkdə iqtisadi əməkdaşlığımızın perspektivləri haqda fikir mübadiləsi apardıq. Məsələn, Tacikistan bazarında Naxçıvan mürəbbələrinə və meyvə şirələrinə çox yüksək tələbat ola bilər. Ona görə də naxçıvanlı sahibkarlarla bu məhsulların birgə istehsalı üzrə kommersiya müqavilələrinin bağlanılması fikri yaxşı ideya kimi diqqətçəkən oldu. Bunlardan başqa, Naxçıvanın Duzdağına xeyli sayda Tacikistan vətəndaşının da müalicəyə gələ bilməsi üçün təkliflər səsləndi.
Bu səfərimdə, şükürlər ki, bütün müsəlman aləmi üçün müqəddəs sayılan Əshabi-Kəhfi ziyarət etmək mənə də nəsib oldu. Ümumiyyətlə, tacikistanlıların Azərbaycandakı turizm-rekreasiya məkanlarına marağı çoxdur. Gələcəkdə Düşənbə ilə Bakı arasında birbaşa hava yolu əlaqəsinin açılması ilə bizim ölkə­dən də Naxçıvana turistlər rahatlıqla gələ biləcəklər. O zaman Naxçıvan duzunun möcüzəsini, Naxçıvandakı mineral suların şəfalı gücünü taciklərə də tanıtmaq, dərmansız müalicə üçün onların Naxçıvana gəlməsini təşkil etmək mümkün olacaq.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4127697
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
501
4356
4857
91297
4127697

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter