19 Sentyabr 2019, Cümə axşamı

Aprelin 8-də Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində əvvəlcə ümummilli ­liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib. Sonra diplomat Heydər Əliyev Muzeyini ziyarət edərək ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.
Diplomat səfər çərçivəsində muxtar respublikanın tarixi­-mədəni abidələrini, təhsil, səhiyyə ocaqlarını da ziyarət edib.
Duzdağ Fizioterapiya Mərkəzində olan qonağa məlumat verilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edən diplomata bildirilib ki, bu abidə yüz illərdir, insanların üz tutduğu müqəddəs yerlərdən biridir. Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və ­qonaqlar ziyarət edirlər.

 Nail ƏSGƏROV

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR