26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının strukturu, universitetin yaranma tarixi, keçdiyi inkişaf yolu, buradakı tədris-mədəniy­yət mərkəzlərinin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, universitet beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli uğurlar qazanıb.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən tədbirdə səfir Rüstəm Soli səmimi qəbula görə təşəkkürünü bildirib, diplomatik fəaliyyəti, Tacikistanda həyata keçirilən islahatlar, ölkə təhsilindəki yeniliklər barədə tələbələrə mühazirə deyib. Tacikistanla Azərbaycanın qədim dostluq tarixinə nəzər salan diplomat həmin ənənələrin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Universitetlərarası münasibətlərin inkişaf etdirilməsinin zəruriliyindən danışan səfir bunun üçün Naxçıvan Dövlət Universitetində çox böyük potensialın olduğunu, təhsil və elm sahəsində yeni layihələrin icra edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonra tələbələrin sualları cavablandırılıb.

Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsinin müdiri