26 İyun 2019, Çərşənbə

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər 2019-cu ilin birinci rübündə də davam etdirilmişdir.
Ötən dövrdə xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 35 əcnəbi aşkarlanmışdır. Həmin əcnəbilər barəsində Azərbaycan Respublikasının qanun­vericiliyinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür. Ümumilikdə, ötən dövrdə Dövlət Miqrasiya Xidmətinə daxil olan 1642 müraciətdən 1359-u əcnəbilərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması, 178-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, 2-si müvəqqəti yaşamaq üçün icazənin yenidən rəsmiləşdirilməsi, 8-i əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, 95-i isə vətəndaşlıq məsələləri ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir. Qeyd olunan müraciətlərin 590-ı xidmətin e-mail ünvanına və “Elektron hökumət” portalına daxil olmuşdur.
Ötən dövrdə Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq müxtəlif maarifləndirmə tədbirləri də həyata keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya
Xidmətinin mətbuat xidməti