25 İyun 2019, Çərşənbə axşamı

 

ARXİV

İyun 2019
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində torpaq mülkiyyətçilərinə lizinq yolu ilə kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq gətirilərək satılması davamlı xarakter alıb. O da qeyd olunmalıdır ki, müntəzəm olaraq həyata keçirilən bu tədbirin verdiyi bəhrələr ildən-ilə artır. Çünki texnika əkinçinin sağ əlidir və müasir dövrdə bu, daha böyük önəm kəsb edir.
Dünən cəmiyyət tərəfindən daha 55 nəfərə lizinq yolu ilə 75 texnika və texnoloji avadanlıq verilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Elşad Əliyev yeni texnika alanları təbrik edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən aqrar sahədə sistemli şəkildə həyata keçirilən kompleks islahatlar diyarımızda kənd təsərrüfatının davamlı və dinamik inkişafını təmin edib. Bu inkişafda müasir texnika və texnologiyaların tətbiqi də mühüm rol oynayır. Yeni texnologiyaların tətbiqi isə əl əməyini yüngülləşdirib və məhsuldarlığı artırıb.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi qayğı nəticəsində texnika parkımız tamamilə yeniləşib. Artıq dünyanın aparıcı ölkələrində istehsal olunan texnikalar və texnoloji avadanlıqlar bu gün bizim tarlalarımızda işləyir ki, torpaq mülkiyyətçiləri və fermerlər bu texnikalardan çox ­razıdırlar.
Vurğulanıb ki, muxtar respublikada kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnikaların tətbiqi davam etdirilir. Bu məqsədlə ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2667 ədəd kənd təsərrüfatı texnikası alınıb. Alınmış texnikaların 2086-sı lizinq qaydasında mülkiyyətçilərə verilib.
Cəmiyyətin fəaliyyəti dövründə lizinqə verilmiş 2086 ədəd texnikaya görə 7 milyon 370 min manat güzəşt tətbiq edilib, 314 ədəd texnika və texnoloji avadanlığın dəyəri tam ödənildiyindən 207 sahibkara həmin texnikaların onların şəxsi mülkiyyətinə keçirilməsinə dair sənədlər təqdim olunub.
Baş nazirin müavini bildirib ki, 2019-cu ildə sahibkarların sifariş və tələbatları əsasında 10 kombayn, 66 traktor, 54 kotan, 12 çiləyici, 15 rotorlu otbiçən, 13 dırmıq, 12 gübrəsəpən, 20 kanalaçan, 15 qoyunqırxan aparat, 6 presvuran, 1 peyinsəpən, 5 taxılsəpən, 1 toxumtəmizləyən, 4 çizel, 4 dərmansəpən, 25 arpa-buğda qırma maşını, 10 yaş və quru otdoğrayan maşın, 2 əl üçün yer şumlayan və 17 dəst suvarma sistemi, ümumilikdə, 6 milyon 89 min manat dəyərində 292 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib.
Qeyd olunub ki, texnikaların lizinq qaydasında mülkiyyətçilərə verilməsi əhalinin məşğulluğunun təmin olunmasında və onların ailə büdcələrinin artmasında əhəmiyyətli rol oynayıb.
Elşad Əliyev yeni texnika və texnoloji avadanlıqlar alan şəxslərə texnikalara müntəzəm texniki qulluq göstərməklə onlardan düzgün və səmərəli istifadə etməyin vacibliyindən danışaraq texnikaların dəyərinin vaxtında yığılmasının zəruriliyini diqqətə çatdırıb. Bildirib ki, bu, yeni texnikaların alınmasında başlıca amillərdən biridir. Həmçinin lizinqlə verilmiş texnikalardan səmərəli istifadə edərək dəyərini vaxtından əvvəl ödəmiş sahibkarlar ­tələbatlarına uyğun yeni texnikalarla təmin oluna bilərlər.
O da vurğulanıb ki, görülmüş işlərə görə qiymət artımına yol verilməməli, işlər təsdiq olunmuş qiymətlərlə yerinə yetirilməlidir. Baş nazirin müavini yeni texnika və texnoloji avadanlıqlar alanlara şum, əkin, biçin və digər aqrotexniki tədbirləri keyfiyyətlə aparmaqla məhsul bolluğuna nail olmağı arzulayıb.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4127721
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
525
4356
4881
91321
4127721

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter