24 May 2019, Cümə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Amerikalı tədqiqatçı Peter Tase “The Guardian” və “Hyperallergic” qəzetlərində  ermənilər tərəfindən Naxçıvan barədə yazılan uydurma  yalanlara martın 13-də “Eurasia Dairy” saytında yerləşdirdiyi “Ermənistanın Azərbaycana qarşı faşist təbliğatı” sərlövhəli məqalə ilə cavab vermişdir. Həmin məqaləni təqdim edirik. 

2019-cu il fevralın 18-də Amerika Birləşmiş Ştatlarının Brooklyn (Nyu-York) şəhərində yerləşən “Hyperallergic” onlayn qəzeti qədim Azərbaycan torpağı olan Naxçıvan Muxtar Respublikasında erməni dini memarlıq və mədəniyyətini tərənnüm edən məqalə nəşr etmişdir. Bu uzun və yanıltıcı yazıların müəllifləri Sarah Pickman və Simon Maghakyan Azərbaycan xalqına qarşı şər kampaniyası aparmış, həmçinin heç bir elmi əsası olmayan təhqirlərə başlamışdır.
Pickman və Maghakyan oxuculara yanlış məlumat verməklə Naxçıvan Muxtar Respublikası və onun qədim tarixi ilə bağlı faktları məhv etməyə və ləkələməyə cəhd edirlər. Hər iki yazar məqalədə yanıltıcı sitat və həqiqətə uyğun olmayan fotoşəkillərdən istifadə edir, Azərbaycanın minillik milli mədəniyyətinin şöhrəti hesabına beynəlxalq ad və nüfuz qazanmaq istəyir. Naxçıvan Muxtar Respublikasının zəngin tarixi-mədəni irsinə qarşı erməni saxtakarlığı ilə hücuma keçmək təşəbbüsü beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağın və şovinizmin bir formasıdır. ABŞ-da fəaliyyət göstərən erməni maraqlarını müdafiə edən qruplar tərəfindən təşkil edilən bu kampaniyanın əsas məqsədi beynəlxalq dinlərarası dialoqu, multikulturalizmi, Qafqazda sülh və firavanlığı deyil, düşmənçiliyi təşviq etməkdir.

Pickmanın dəhşətli sözləri Ermənistanın yüksəkvəzifəli rəsmilərinin aydın şəkildə təşkil etdiyi hiyləgər siyasi hücumun və informasiya müharibəsinin göstəricisidir. Lakin unudurlar ki, Ermənistan 30 ildir, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu, ümumilikdə, 20 faiz torpağını işğal edən, Naxçıvanı blokadada saxlayan və davamlı olaraq sərhəddə atəşkəs rejimini pozan təcavüzkar dövlətdir. Ermənistanda müşahidə edilən iqtisadi durğunluq, yüksək işsizlik səviyyəsi və kölgə iqtisadiyyat səviyyəsinin artması, həmçinin silahlı qüvvələrdə ərzaq çatışmazlığı ölkədəki daxili problemlərin dəhşətli səviyyədə olduğunu təsdiq edir. Erməni yazarlar elektron qəzetləri və portalları uydurma faktlar və foto­şəkillərlə, eləcə də çirkin erməni təbliğat maşınının saxta xəbərləri və etibarsız məlumatları ilə çirkləndirməkdənsə, yaxşı olardı ölkələrindəki daxili problemləri beynəlxalq ictimaiyyətə təqdim etsinlər. Məhz bu həm erməni vətəndaşları, həm də regional inkişaf üçün faydalı olardı.
Aydındır ki, Ermənistanın daxildəki faşist rejimi və xaricdəki zəhlətökən diasporası zəhmətkeş və işğaldan əziyyət çəkmiş Azərbaycan xalqına qarşı daim saxta bəyanatlar və nifrət dolu fikirlər söyləmişlər. Pickman tərəfindən şəkil və “faktlarla” yorucu və qeyri-peşəkar şəkildə hazırlanmış məqaləyə cavab olaraq bildirirəm ki, Naxçıvanın qədim və müasir tarixində bu hadisələr baş verməmişdir. Hər iki müəllif Azərbaycan torpağında olan ərazilərin adlarını səhv yazmaqla ictimai fikri dəyişməyə çalışır.
Simon Maghakyan və digər erməni mənbələri təsdiq edirlər ki, Culfada olmuş qəbir daşları hələ sovet dövründə ermənilərin özləri tərəfindən Ermənistana daşınaraq müxtəlif məkanlarda yerləşdirilmişdir. Məsələn, həmin məzar daşları İrəvandakı konyak zavodunun həyətində və Ermənistan tarix muzeyində yerləşdirilib. Bu faktları erməni saytları da təsdiq edir. Aşağıdakı linkə nəzərə salmaq lazımdır:
http://armtoday.info/default.asp?Lang=_Ru&NewsID=60651&SectionID=37&RegionID=0&Date=08/25/2012&PagePosition=2
Şəkildə gördüyünüz xaçkar isə sovet dövründə Naxçıvandan aparılmışdır. Hazırda Ermənistanda Metropolitan muzeyində saxlanılır.
Yale Universitetinin fəlsəfə doktoru Pickman Azərbaycanın suveren ərazisindəki dini, mədəni, məzarüstü qəbir daşları və qədim tarixi abidələrin mövcud vəziyyətinə dair elmi məqalə yazmaq üçün cəhd göstərməlidir. Çünki Azərbaycanın Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan və Füzuli rayonları erməni silahlı qüvvələrinin işğalı altındadır və Azərbaycan xalqının həmin ərazilərdəki tarixi abidələri dağıdılıb. Yaxud da I Dünya müharibəsi dövründə Amerika səfiri Morgenthaunun ləkələnmiş irsini davam etdirməkdəndirsə, 450 mindən çox Azərbaycan vətəndaşına təhlükə yaradan Sərsəng su anbarı barədə elmi məqalə yazmaq daha yaxşı olardı.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014268
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3702
4800
21758
96650
4014268

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter