23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkar­lığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri fevral ayında da davam etdirmiş, dövlət qulluğuna dair qanun­vericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilmiş, 3 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 4 qərarı ləğv edilmişdir.
Komissiyanın İş planına uyğun olaraq “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında vətəndaşların müraciətləri və sənədlərlə işin aparılması qaydaları” mövzularında 1032 dövlət qulluqçusunun iştirak etdiyi 8 maarifləndirici seminar keçirilmişdir. Şahmatın tədrisinin keyfiyyətinin yaxşı­laşdırılması və müəllimlərin peşəkar­lıq səviyyəsinin yoxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası üzrə test imtahanları keçirilmiş, imtahanlarda 445 müəllim iştirak etmiş, onlardan 404-ü müvafiq keçid balını toplamışdır.

Muxtar respublikada ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması üçün 6 noyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin test mərhələsi keçirilmiş, müsabiqəyə çıxarılan 38 vakant vəzifənin tutulması üçün 10 nəfər sənəd təqdim etmiş, 5 namizəd keçid balını toplamışdır. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Ali Məclisin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada vakant şöbə müdiri vəzifələrinin tutulması üçün 3 namizədin iştirakı ilə test imtahanları keçirilmiş, müvafiq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 4 daxili müsahibədə komissiya nümayəndəsinin iştirakı təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006473
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
707
4717
13963
88855
4006473

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter