26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Tumbul Kənd Mərkəzində Naxçıvan Şəhər İcra Hakimiyyətinin Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin böyük məsləhətçisi Sabir Xəlilov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan şəhər “Came” məscidinin axundu Nəbi Salahov müxtəlif mövzularda çıxışlar ediblər.

Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən multikulturalizm siyasəti bu gün öz bəhrələrini verir. Ölkə­mizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda multikultural dəyərlər yaşadılır və inkişaf etdirilir.
Qeyd olunub ki, bu prosesdə Azərbaycan gəncliyinin rolu da danılmazdır. Gənclik qloballaşan dünyamızda multikultural dəyərlərin yaşadılmasında, onların təbliğində və inkişafında əlindən gələni əsirgəmir.
Vurğulanıb ki, qloballaşma prosesi dünyaya inteqrasiyaya, həmçinin müasir dövrün tələblərinə uyğun inkişafa yol açmaqla bərabər, həm də milli və mənəvi dəyərlərin aşınmasına da öz təsirini göstərir. Xüsusilə də gənclik bu təsirlərdən qorunmalı, onlar milli dəyərlərimizə sadiq ruhda tərbiyə olunmalıdırlar.
Tədbirdə gənclərin sualları cavablandırılıb.

Qafar QƏRİB

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792515
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
353
2548
2901
56832
3792515

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter