26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Milli adət-ənənələrimiz” mövzusunda keçirilən növbəti maarifləndirici tədbiri xidmətin əməkdaşı Şəhanə Seyidova açıb. Bildirib ki, bu gün muxtar respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları yüksək səviyyədə qorunur, müraciətlərinə vaxtında baxılır, onların Naxçıvanın tarixi, mədəniyyəti və milli adət-ənənələri ilə daha yaxından tanışlığını təmin etmək məqsədilə maarifləndirici tədbirlər təşkil edilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Əli Rzayev “Milli adət-ənənələrimiz” mövzusunda çıxış edərək bildirib ki, minillər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən əvəzedilməz adət və ənənələr millətimizin keçmişi, bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynayır. Dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar özünün zəngin milli, əxlaqi və mənəvi dəyərləri ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr veriblər.
Çıxışda müstəqillik illərində muxtar respublikamızda milli dəyərlərimizin, adət-ənənələrimizin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən mühüm işlərdən bəhs olunub.
Tədbirdə milli adət-ənənələrimizdən bəhs edən videoçarx nümayiş olunub. Sonra tədbir iştirakçılarının “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası təşkil edilib.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792528
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
366
2548
2914
56845
3792528

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter