26 Mart 2019, Çərşənbə axşamı

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Qarnizonu qoşunlarında növbəti mütəxəssis snayper hazırlığı kursu uğurla başa çatıb.
Mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri səsləndirilib.
Məzunlar adından kurs birincisi müddətdən artıq xidmət edən həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Ramin Abdullayev çıxışında deyib ki, real döyüş əməliyyatlarına yaxın təşkil edilmiş məşğələlərdə qazandığımız təcrübələr nəticəsində ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazırıq.
Türkiyə Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu, piyada qədəmli baş çavuş Murad Bayraqdar kursda qazanılan nailiyyətlərdən danışıb. Bildirilib ki, kurs zamanı gecə və gündüz şəraitində snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflərə ən çətin atışlar icra edilib.

Kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edən Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov bildirib ki, hər iki qardaş ölkənin hərbi qulluqçularının kurs zamanı keçirilən məşğələlərdə vətənpərvərlik hissləri ilə peşəkarlıq nümayiş etdirməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun əyani göstəricisidir.
Türkiyə Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi mütəxəssis snayper hazırlığı kursunda şəxsi heyətə kəskin relyef və iqlim şəraitində fəaliyyət göstərmək üçün dözümlülük, təmkinlilik və yüksək fiziki hazırlıq kimi xüsusiyyətlər aşılanıb.
Sonra kursu daha yüksək qiymətlərlə birinci, ikinci və üçüncü yerlə başa vuran məzunlara sertifikat, döş nişanları və qiymətli hədiyyələr, eləcə də bütün məzunlara sertifikatlar və döş nişanları təqdim edilib.
Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub.

Nəriman NƏCƏFOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3792563
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
401
2548
2949
56880
3792563

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter