23 May 2019, Cümə axşamı

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə hər il mart ayının 12-si Azərbaycan Respublikasının “Daxili Qoşunlar Günü” kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə Daxili Qoşunlar böyük inkişaf yolu keçmiş, hərbi hissələrin müasir standartlar səviyyəsində qurulması istiqamətində tədbirlər görülmüş, bu sahənin fəaliyyətini tənzimləyən hüquqi baza yaradılmışdır. Daxili Qoşunları xalqın və dövlətin layiqli müdafiəçisi kimi görmək istəyən ulu öndərimiz deyirdi ki, “Gərək Daxili Qoşunlarda yüksək vətənpərvərlik ruhu olsun. Gərək bizim Silahlı Qüvvələrimizdə Azərbaycanın dövlətçiliyinə daim sədaqət olsun. Azərbaycanın güclü ordusu bu gün də, sabah da, yüz il bundan sonra da lazımdır. Bunun üçün planlı iş aparılmalı, peşəkar münasibət göstərilməlidir”.
Ümummilli liderimiz tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası gücləndirilir. 1995-ci il aprel ayının 10-da Daxili Qoşunların Naxçıvandakı “N” hərbi hissəsi, 2002-ci il dekabr ayının 4-də hərbi hissənin bazasında Daxili Qoşunların Naxçıvan Alayı, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli Sərəncamı ilə isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası yaradılmışdır. Ötən dövrdə briqada qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmiş, ictimai asayişin qorunmasında zəngin xidməti təcrübə toplayaraq hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsində mühüm nailiyyətlər qazanmışdır.

Dövlət başçısı demişdir: “Daxili Qoşunlar Azərbaycanda sürətlə inkişaf etmişdir, çox yüksək səviyyədə peşəkarlıq var, vətənpərvərlik var. Bu, bizim üçün çox böyük nailiyyətdir. Azərbaycanda ictimai-siyasi vəziyyətin qorunması və möhkəmləndirilməsi bizim hamımız üçün başlıca şərt olmalıdır. Yalnız bu şəraitdə ölkə uğurla inkişaf edə bilər”.
Bu gün Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası müasir maddi-texniki bazası, yüksək döyüş qabiliyyəti ilə seçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə ötən dövrdə briqadanın maddi-texniki bazası xeyli möhkəm­ləndirilmişdir. Aparılan islahatlar, döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminat və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması qarşıya qoyulan xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir.
Şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Son illər briqadanın ərazisində müasir standartlara uyğun yaşayış binaları, yeməkxana, anbarlar, müasir qazanxanalar və digər sosial məişət obyektləri inşa edilmiş, hərbi hissə abad və yaraşıqlı bir şəhərciyə çevrilmişdir. Zabit-gizir ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 60 və 45 mənzildən ibarət iki beşmərtəbəli və 12 mənzildən ibarət üçmərtəbəli yaşayış binası istifadəyə verilmişdir.
Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının müasir döyüş texnikaları ilə təmin olunması da diqqət mərkəzində saxlanılır. Bu gün briqadada xidməti vəzifələrin yerinə yetirilməsi üçün lazımi şərait yaradılmışdır. Həyata keçirilən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini daha da yüksəldir. Hazırda Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında ciddi nizam-intizam vardır. Cəmiyyətin və dövlətin mənafeyinin qorunmasında, habelə ictimai asayişin mühafizəsində daim sayıqlıq nümayiş olunur, əsgər və zabitlər üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Şəxsi heyətin yeni silahlardan istifadə qaydaları üzrə bilik və bacarığı təkmilləşdirilir, müntəzəm olaraq metodik təlim toplantıları, səhra çıxışları və döyüş atışlı taktiki təlimlər keçirilir. Ötən il oktyabrın 30-da və bu il fevralın 22-də Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin taktiki-xüsusi təlimində Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası da qaşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muxtar respublikada Azərbaycan Respublikası ­Silahlı Qüvvələrinin digər birləşmə və bölmələri kimi, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır, hərbi hissənin maddi-texniki bazası ilbəil gücləndirilir... Son illər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən ordu, birləşmə və hissələrinin birgə taktiki təlimlərində daxili qoşunların şəxsi heyətinin də iştirakı və verilən tapşı­rıqların peşəkarlıqla icrası bu hərbi hissədə əldə olunan nailiyyətlərin daha bir ifadəsidir”.
Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, cəmiyyətin və dövlətin mənafeyini, eləcə də vətəndaşların hüquq və azadlıqlarını etibarlı qoruyacaqdır.

Daxili Qoşunların Naxçıvan
Əlahiddə Əməliyyat Briqadası

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4006595
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
829
4717
14085
88977
4006595

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter