27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2008-ci il 7 aprel tarixli Sərəncamına əsasən hər il martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur. 

Humanizm və xeyriyyəçilik anlayışlarının kökləri qədim dövrlərə,  təmənnasız könüllü fəaliyyətin əsasən ehtiyacı olanlara kömək göstərilməsi ilə məhdudlaşdığı vaxtlara gedib çıxır. Müasir dövrümüzdə bu anlayışların hər biri özlüyündə  daha geniş məna daşımaqla cəmiyyətin sosial rifahı naminə bütün təmənnasız könüllü fəaliyyət növlərini əhatə edir. Humanitar və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri, general-leytenant Əliağa Şıxlınskinin təşəbbüsü ilə təsis edilmişdir. Lakin 1920-ci ilin aprelində Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Qızıl Aypara Cəmiyyətinin də fəaliyyəti dayandırılmışdır. 1923-cü ildə yenidən yaradılan qurum 1991-ci ilə kimi özünəməxsus tarixi yol keçən cəmiyyət  ölkəmizdə xeyirxah ideyaların reallaşmasına mühüm töhfələr vermişdir. 

 Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə ikinci qayidişindan sonra Qızıl Aypara Cəmiyyəti yeni inkişaf dövrünə qədəm qoydu və qurumun fəaliyyətində yeni mərhələ başlandı. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə cəmiyyət ölkəmizdə rəsmi humanitar təşkilat kimi tanınmış, 1995-ci il noyabrın 27-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tam bərabərhüquqlu və daimi üzvü qəbul edilmişdir. Qeyri-hökumət təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlətin qayğısı əhatəsində fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” 2004-cü il 31 yanvar tarixli, “Qızıl Aypara Gününün təsis edilməsi haqqında” 2008-ci il 7 aprel tarixli Sərəncamları cəmiyyətin fəaliyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsidir. Sərəncamlara əsasən cəmiyyətin maddi-texniki bazası yaxşılaşdırılmış, icra hakimiyyəti və özünüidarəetmə orqanlarının cəmiyyətin yerli təşkilatlarının sosial, tibbi sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə köməklik göstərməsi təmin edilmişdir. 

Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi də dövlətin qayğısından lazımınca bəhrələnir. 2008-ci il yanvarın 10-da komitə yeni inzibati bina ilə təmin olunmuş, maddi-texniki baza yaxşılaşdırılmış, xidməti və yük avtomobilləri, 2018-ci ildə komitəyə  yeni NİVA markalı minik avtomobili verilmişdir. Əməkdaşların səmərəli fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır. Son illər kollektivin sosial təminatının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülmüş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamlarına əsasən Qızıl Aypara Komitəsinin işçilərinin əməkhaqları artırılmışdır. 

Tərkibində 1 şəhər və 7 rayon bölməsini birləşdirən komitənin bu gün 580 ilk təşkilatı və 36 min nəfərdən artıq üzvü vardır. Komitədə işlər 4 şöbə üzrə həyata keçirilir. Əhali arasında fövqəladə hallarla bağlı maarifləndirici tədbirlər təşkil olunur. 2017-ci ildə komitəyə fövqəladə hallara hazırlıq çərçivəsində 30 çadır verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin kollektivi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, humanizm və xeyirxahlıq ideyalarının qoruyucusu və təşkilatçısı kimi fəaliyyətini artıracaqdır. 

Naxçıvan Muxtar Respublikası

Qızıl Aypara Komitəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4022090
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2367
2657
2367
104472
4022090

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter