24 May 2019, Cümə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin esse mərhələsi keçirilib.

Müsabiqəyə çıxarılmış 7 vakant vəzifənin tutulması üçün 26 namizəd test imtahanı verib, 7 nəfər uğur qazanıb. Keçid balını toplamış 7 namizəd esse mərhələsində iştirak edib. Əvvəlcə iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılıb, esse yazmaq üçün onlara 60 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb.
İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Şərqin qapısı Naxçıvan” mövzusu təqdim edilib.
İmtahanın nəticələri komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014200
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3634
4800
21690
96582
4014200

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter