25 May 2019, Şənbə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Martın 2-də Bakı Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası kollektivlərinin konserti olmuşdur. Xarici ölkələrin Azərbaycandakı səfirləri, diplomatik korpus nümayəndələri, deputatlar, ölkəmizin incəsənət xadimləri və ictimaiyyətin nümayəndələri konsertdə iştirak ­etmişlər.

Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək demişdir ki, ötən 95 il ərzində Naxçıvan Muxtar Respublikası böyük bir inkişaf yolu keçmişdir. Ulu öndər Heydər Əliyevin quruculuq yolunun davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun səyi ilə bu gün Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi sahədə böyük inkişafa nail olub. Əhalinin həyat şəraiti və güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Artan imkanlar sosial-iqtisadi səviyyəyə də öz təsirini göstərmiş, muxtar respublikada elm, təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər siyasəti yeni inkişaf müstəvisinə çıxmışdır. "Bu gün Naxçıvan Muxtar Respublikası enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi yüksək səviyyədə təmin olunan çiçəklənən diyardır", -deyən Bəxtiyar Əsgərov çıxışını ümummilli liderimiz Heydər Əliyevin fikirləri ilə yekunlaşdırmışdır: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Sonra konsert olmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblının, filarmoniyanın solistlərinin, aşıqlarının və Naxçıvan Uşaq Filarmoniyası üzvlərinin ifasında səslənən xalq və bəstəkar mahnıları, muğamlar və aşıq havaları alqışlarla qarşılanmışdır.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014309
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
6
3737
21799
96691
4014309

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter