27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu fevral ayında gənclərin intellektual potensiallarının artırılması, milli dəyərlərimizin onlara aşılanması və asudə vaxtlarının səmərəli təşkil olunması istiqamətində bir sıra işlər görmüşdür.
2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilmiş, muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən 24 istedadlı gənc mükafatlandırılmışdır. Həmçinin fevralın 2-də Naxçıvan Şəhər İcra Hakimiyyəti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 270 gəncin iştirakı ilə Gənclər Gününə həsr edilmiş tədbir olmuşdur. 4-8 və 11-15 fevral tarixlərində isə ali və orta ixtisas təhsili müəssisələrinin fəal tələbələrinin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə Ağbulaq İstirahət Mərkəzində gənclərin “Qış məktəbi” təşkil olunmuş, ümumilikdə, 96 tələbənin istirahəti təmin edilmişdir. Məktəblilərin kinofilmlərə olan marağının artırılması, milli kino barədə biliklərin yoxlanması məqsədilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Milli filmlərimiz” kinoviktorinası təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə gənclər arasında müxtəlif tədbirlər təşkil edilmişdir. Belə ki, Gənclər Mərkəzində Memarlar Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Qürur yerim Naxçıvanım” adlı sərgi açılmışdır. Sərgidə 10 memarın 45 layihəsi və muxtar respublikamızda müasir üslubda inşa olunan tikililərin fotoları yer almışdır. Həmçinin muxtar respublikada təhsil alan 30 xarici tələbənin iştirakı ilə “Mən Naxçıvan haqqında nə bilirəm?” mövzusunda keçirilən bilik yarışması da maraqla qarşılanmışdır. “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin komandaları arasında “Xəmsə” milli intellektual oyunu da keçirilmişdir. Fond tərəfindən Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi münasibətilə “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü” mövzusunda yaradıcılıq müsabiqəsi və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi ilə birgə “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında rəsm müsabiqəsi elan edilmişdir. Həmçinin “Gənc beyin” ən yaxşı mobil tətbiqetmə və ən yaxşı proqram müsabiqələrinə də start verilmişdir.
Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 600-ə yaxın gəncin iştirakı ilə “Nəsimi həftəsi” keçirilmişdir. Həftə ərzində gənclərin Xanəgah Abidə Kompleksinə ekskursiyası olmuş, Həsən Seyidbəylinin “Nəsimi” tarixi filminin nümayişi, Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi, İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu, “Poeziyamızın fatehi” bədii qiraət müsabiqəsi, “Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə maraqla qarşılanmışdır.
Gənclərin müstəqil düşünməsi, onlarda özünəinam, şəxsi inkişaf və məqsədlərin müəyyənləşdirilməsi keyfiyyətlərinin formalaşdırılması da daim diqqətdə saxlanılır. Kəngərli rayonunda 30 gəncin iştirakı ilə keçirilmiş “Motivasiya və uğur” fərdi inkişaf təlimi bu baxımdan mühüm əhəmiyyətə malik olmuşdur. Bundan başqa, fevralın 21-i və 27-də Naxçıvan şəhərində bir qrup gəncin təşəbbüsünə əsasən Gənclər Fondunun Daxili İşlər Nazirliyi ilə birgə keçirdiyi yol hərəkətinin təhlükəsizliyi ilə bağlı “Diqqət, piyada!” aksiyalarına 100-ə yaxın tələbə-gənc qatılmışdır. Ötən ay “Xocalı” sosial maarifləndirici videoçarx müsabiqəsinin qalibləri də mükafatlandırılmışdır. Həmçinin oxunması zəruri olan kitabların gənclər arasında mütaliəsinə nail olunması məqsədilə “Görüş yeri” kafesində 25 gəncin iştirakı ilə oxunması zəruri olan kitablardan Qurban Səidin “Əli və Nino” kitabının müzakirəsi olmuşdur.
Gənclər Fondunun təşkil etdiyi tədbirlərdə, ümumilikdə, 1421 gənc iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının
Gənclər Fondu

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4022213
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2490
2657
2490
104595
4022213

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter