27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Fevralın 28-də İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymaninin rəhbərlik etdiyi nümayəndə heyəti “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində və Duzdağ Fizioterapiya Mərkəzində olublar.
Qonaqlara Əshabi-Kəhfin sirli tarixi haqqında məlumat verilib, Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyətindən bəhs olunub.

* * *

İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktorunun mədəniyyət və turizm üzrə müavini Hüseyn Həmzəli “Şərq qapısı” qəzetinə müsahibəsində deyib: “Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə – iqtisadi, turizm, mədəniyyət, idman və digərlərində müşahidə olunan inkişaf bizi çox sevindirir.

Muxtar respublikaya səfər zamanı bir çox sahələrdə əməkdaşlıq imkanlarının mövcud olduğunu gördük”.
Qonaq vurğulayıb ki, bu istiqamətdə keçirilən yüksək səviyyəli görüşlərdə müzakirələr aparılıb. Ümidvaram ki, gələcəkdə bütün sahələrdə bizim əlaqələrimiz daha da genişləndiriləcək, qarşılıqlı əməkdaşlıq hər iki xalqın rifahına xidmət edəcəkdir.
Hüseyn Həmzəli deyib: “Naxçıvan qədim tarixə malik olduğuna görə burada turizm sahəsinin inkişaf etdirilməsi üçün çox böyük perspektiv var. Naxçıvan çoxsaylı tarixi abidələrə, gözəl təbiətə malikdir, həm də bu sahənin inkişafı üçün burada lazımi infrastruktur qurulub”.
O bildirib ki, Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzi dünyada tayı-bərabəri olmayan bir yerdir. Mərkəzdə insanların heç bir dərman preparatlarından istifadə etmədən, təbii şəkildə müalicə ala bilməsi çox gözəldir. “Duzdağla tanışlıq zamanı bunun üçün yüksək səviyyədə şərait yaradıldığının şahidi olduq”, – deyən Hüseyn Həmzəli Naxçıvanda olduqları iki gün ərzində onlara xoş münasibət və qonaqpərvərlik göstərildiyini vurğulayıb, buna görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

Tural AĞAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4022177
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2454
2657
2454
104559
4022177

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter