27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, Naxçıvan 1921-ci il martın 16-dаn başlayaraq əvvəlcə Nахçıvаn Sоvеt Sоsiаlist Rеspublikаsı, 1923-cü il iyunun 16-dаn sоnrа Nахçıvаn diyаrı, 1924-cü il fеvrаlın 9-dаn Nахçıvаn Muхtаr Sоvеt Sоsiаlist Rеspublikаsı, 1990-cı il nоyаbrın 17-dən isə Nахçıvаn Muхtаr Rеspublikаsı аdlаndırılıb. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə 1990-cı il nоyаbrın 17-də keçirilən sessiyasında ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçrəngli bayraq qaldırılıb, dövlət atributları müəyyən edilib. Naxçıvan Muxtar Respublikasının adından “sovet ­sosialist” sözləri çıxarılıb. Rektor məhz 1991-ci il sentyabrın 3-də görkəmli dövlət xadiminin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsini müasir Azərbaycanın inkişafının bünövrəsi kimi qiymətləndirib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvanın muxtariyyətləşməsi” mövzusunda çıxış edərək 1924-cü il fevralın 9-da dövlətçilik tariximizdə baş vermiş mühüm hadisədən – Naxçıvan Muxtar Respublikasının yaranmasından danışıb. Akademik Naxçıvana Azərbaycanın ayrılmaz bir hissəsi kimi muxtariyyət statusu verilməsində Behbud ağa Şahtaxtinskinin fəaliyyətinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Naxçıvan diyarının Azərbaycanın tərkibində muxtariyyət statusu qazanmasında mühüm mərhələ olan Moskva və Qars müqavilələrinin bağlanmasında Şahtaxtinskinin böyük xidmətləri olub.
2019-cu il yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdıran akademik vurğulayıb ki, 95 illik tarix muxtariyyətin şərəfli inkişaf dövrüdür. Akademik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikanın 20 ildən artıq bir dövrdə hərtərəfli inkişafa nail olduğunu bildirib və qeyd olunub ki, hazırda Naxçıvan özünün çiçəklənmə dövrünü yaşayır.
Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Xəzər Hüseynovun “Naxçıvan Muxtar Respublikasının səhiyyəsi (1945-1960-cı illər)” adlı məruzəsindən sonra konfrans bölmə iclasları ilə işini davam etdirib.

Səadət ƏLİYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4022200
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2477
2657
2477
104582
4022200

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter