20 Fevral 2020, Cümə axşamı

Azərbaycanın Qarsdakı Baş Konsulluğunun və İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçı­lığı ilə İqdır şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.
Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyevin, İqdır vilayətinin valisi Ənvər Ünlünün, İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acarın və digər ziyalıların çıxışları dinlənilib. Baş konsul Xocalı soyqırımının tanıdılması sahəsində həyata keçirilən tədbirlərdən danışıb.

Professor Aygün Əttar məruzəsində erməni millətçi dairələrinin formalaşdırdıqları saxta türk düşmənçiliyinin zaman-zaman xalqımıza qarşı ağır nəticələr verdiyini diqqətə çatdırıb. Professor 27 il əvvəl təcavüzkar Ermənistan dövləti tərəfindən Azərbaycan xalqına qarşı törədilən soyqırımının beynəlxalq hüquqa qarşı cinayət olduğunu qeyd edib. O, Xocalı soyqırımının törədilməsinin səbəb və məqsədləri, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində görü­lən işlər, qarşıda duran vəzifələr barədə məlumat verib.
Sonda Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin sabiq millət vəkilləri Nurəddin Aras və Adil Aşırım, tanınmış ziyalılar, yerli ictimaiyyətin nümayəndələri, qeyri-­hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.

* * *

Aralıqda da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Dövlət himnləri səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Baş konsul Nuru Quliyev, icra başçısı Sercan Gökdəmir, 15 İyul Şəhid və Qazi Ailələri Dərnəyinin sədri Kanbər Güzəlkayanın çıxışları dinlənilib. Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni canilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı aktı barədə ətraflı məlumat verilib, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərdən bəhs olunub.
Tədbirdə Xocalı soyqırımına və şəhidlərimizə həsr olunan şeir­lər oxunub.
Türkiyə Böyük Millət Məclisinin sabiq millət vəkili Adil Aşırım, Aralıq Jandarma Qarnizonu komandanı polkovnik-­leytenant Berk İştahlı, Aralıq Polis İdarəsinin rəisi Yusif Erkan, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri tədbirdə iştirak ediblər.

“Şərq qapısı”

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR