24 Sentyabr 2020, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant olan vəzifələrin tutulması üçün 6 noyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanlarına 2019-cu il fevral ayının 25-dən start verilib.
Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilib.
Müsabiqəyə çıxarılan 38 vakant vəzifənin tutulması üçün 10 nəfər tərəfindən sənəd təqdim olunub.
Qeyd edək ki, muxtar respublikada ilk dəfə olaraq AMEA Naxçıvan Bölməsində işə qəbul mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə həyata keçirilir.
İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə ixtisas üzrə 50, informasiya texnologiyaları üzrə 20, dünyagörüşü üzrə 20, ingilis dili üzrə isə 10 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün namizədlərə 120 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb.
İmtahan bitdikdən dərhal sonra namizədlərə nəticəyə dair arayış təqdim edilib. Nəticələr komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
Test imtahanları fevral ayının 27-dək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR