20 Fevral 2020, Cümə axşamı

Xəbər verdiyimiz kimi, fevralın 21-də Ordubad rayonunun Azadkəndində su təchizatı sisteminin ­inşası layihəsi üzrə qrant müqaviləsi imzalanıb. Tədbirdə iştirak edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Şərq qapısı” qəzetinə müsahibəsində bildirib ki, həmin layihə muxtar respublikada insanların rahat yaşayışına hesablanmış genişmiqyaslı quruculuq tədbirlərinin tərkib hissəsidir.
Onun sözlərinə görə, fond muxtar respublikada həyata keçiriləcək yeni layihənin də üzərində işləyir. Artıq Yaponiya səfirliyi həmin layihəyə müsbət münasibətini bildirib.
“Naxçıvanda böyük infrastruktur quruculuğunun həyata keçirildiyinin şahidi olduq. Təkcə paytaxt Naxçıvan şəhərində deyil, rayon və kəndlərdə də böyük abadlıq və quruculuq işləri görülüb. Muxtar respublikanın bütün yaşayış məntəqələri qazlaşdırılıb, məktəb binaları yenilənib, yaşayış məntəqələrində tibb ocaqları yaradılıb, yol infrastrukturu müasir səviyyədə yenidən qurulub, yaşıllıqlar salınıb”, – deyən Əliməmməd Nuriyev vurğulayıb ki, Azərbaycanda yaşıllıqların orta göstəricisi 11 faiz olsa da, bu rəqəmin Naxçıvanda 20 faizə çatması sevindirici haldır. Halbuki 1994-cü ildə Naxçıvanda, demək olar ki, ağacların çoxu kəsilmişdi. Amma bu gün biz tamam başqa bir mənzərənin şahidi oluruq. “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti bütün bunların muxtar respublikada aparılan məqsədyönlü yaşıllaşdırma tədbirlərinin məntiqi nəticəsi olduğunu vurğulayıb.

Tural AĞAYEV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR