10 Avqust 2020, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazir­liyinin tabeli qurumları fövqəladə hallar və digər xoşagəlməz hadisələr zamanı insanların təhlükəsizliyinin təmin edilməsi, fövqəladə hallara çevik reaksiyanın verilməsi, təbii və texnogen mənşəli fövqəladə hallardan (hadisələrdən) zərərçəkənlərin xilas edilməsi üçün müxtəlif taktiki-xüsusi təlimlər və əməli məşğələlər keçirir. Növbəti təlim Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində olub.
Təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin 14 nəfərdən ibarət xilasedicisi və kinoloqları cəlb edilib. Əsas məqsəd Qusar rayonunun Şahdağ və Qəbələ rayonunun Tufandağ İstirahət mərkəzlərində Avstriyadan gəlmiş mütəxəssislərin iştirakı ilə təlim keçmiş xilasedicilərin qazandığı bilik və bacarıqları öyrətmələridir. Eyni zamanda dağ şəraitində qar sürüşməsi zamanı kinoloqların xüsusi təyinatlı itlər, eləcə də qar uçqunları zamanı istifadə olunan xüsusi təyinatlı “Biper” aparatı və şuplar vasitəsilə xilasedicilərin axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasıdır.

Təlimin gedişində şərti olaraq dağlarda qar uçqununun yaranması ilə qar altında qalmış insanların axtarışının həyata keçirilməsi üçün bölmələr hadisə rayonuna yürüş keçirərək onlara hərəkət marşrutlarının qardan təmizlənməsi və hərəkətin bərpa olunması məşq etdirilib. Hadisə yerinə çatan xilasedicilər və kinoloqlar ərazinin vizual kəşfiyyatını aparıb, daha sonra təhlükəsizlik qaydalarına əməl etməklə qar uçqunu altında qalmış insanların axtarışını həyata keçirərək onların yerlərini müəyyənləşdirib. Axtarışın nəticələri barədə qrup rəhbərlərinə məruzə ediblər.
Növbəti mərhələdə zərərçəkənlərin xilas edilməsi işləri alpinist avadanlıqlarının və digər şans alətlərinin köməyi ilə aparılıb, donvurmadan zərərçəkənlərə ilk yardım göstərilib, onların yaxınlıqdakı xəstəxanaya təxliyəsi həyata keçirilib.
Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə, əsasən, nail olunub.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR