17 Fevral 2020, Bazar ertəsi

Yanvar ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənclər və idman sahəsində tədbirlər davam etdirilmişdir. Gənclərdə vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin tələbələrinin hazırladığı vətənpərvərlik mövzusunda tamaşa nümayiş etdirilmiş, gənclərin Xatirə Muzeyinə ekskursiyası təşkil olunmuş, Naxçıvan şəhər 3 nömrəli uşaq bağçasında məktəbəqədər hazırlıq qruplarının 5-6 yaşlı uşaqları arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu, gənc dövlət qulluqçuları arasında fərdi “Xəmsə” intellektual oyunu, gənclərdə ətraf mühitə sevgi və qayğı hisslərinin yüksəldilməsi məqsədilə “Bir ovuc sevgi” devizi altında tədbir keçirilmişdir.

Naxçıvan muxtar respublikasında fəaliyyət göstərən idman federasiyaları tərəfindən 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr mövzusunda yığıncaqlar keçirilmiş, federasiyaların idmançı və məşqçi-müəllimlərinin muxtar respublikada fəaliyyət göstərən muzeylərə gəzintiləri təşkil olunmuşdur. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında boks üzrə, kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər açıq birincilikləri, Sədərək və Culfa rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü təşkil olunmuş, Futbol Federasiyasının idmançıları tibbi müayinədən keçirilmişlər. Həmçinin Şahmat Federasiyası ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Şərur rayonunda fəaliyyət göstərən Şahmat Məktəbində müəllimlər, şahmatçılar və valideynlərlə görüş təşkil olunmuş, Naxçıvan Şahmat Mərkəzində təsnifat turniri keçirilmişdir.
Yanvar ayında muxtar respublika idmançıları ölkə birinciliklərində 28, beynəlxalq turnirlərdə 15 medal olmaqla, 43 medal qazanmışlar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR