12 Avqust 2020, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulu, namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilən tədbirlər cari ilin yanvar ayında da davam etdirilmişdir.
2019-cu il 7-21 yanvar tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları mərhələsi keçirilmişdir. Müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd sənəd təqdim etmiş, onlardan 570-i test imtahanında iştirak etmişdir. Test imtahanlarında 257 nəfər keçid balını toplamış və müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Ötən dövrdə komissiyanın Əsasnaməsinə uyğun olaraq dövlət qulluğuna qəbul olmaq istəyən 18, gömrük orqanlarında xidmət etmək istəyən 11 və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində işə qəbul olmaq istəyən 24 namizədin iştirakı ilə hazırlıq kursları təşkil edilmiş, gömrük orqanlarında xidmət məqsədilə müraciət edən şəxslər üçün keçirilmiş sınaq imtahanlarında 35 nəfər biliklərini sınamışdır.
Komissiya müvafiq dövlət orqanlarının müraciətləri əsasında vakant şöbə və sektor müdiri vəzifələrinin tutulması üçün 10 nəfərin iştirakı ilə test imtahanı keçirmiş, onlardan 3-ü test imtahanlarında müvəffəqiyyət qazanaraq müvafiq sertifikatlar əldə etmişdir. Həmçinin vakant inzibati rəhbər vəzifələrin tutulması üçün keçirilmiş test imtahanlarında müvafiq keçid balını toplamış 3 nəfərin müsahibə mərhələsində komissiyanın nümayəndəsinin iştirakı təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR