22 Sentyabr 2020, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikasının 95 illiyi geniş şəkildə qeyd olunur. Bununla bağlı Azərbaycanın xarici dövlətlərdəki diplomatik nüma­yəndəlikləri də maraqlı paylaşmalar ediblər.
Azərbaycanın dost və qardaş ölkə olan Pakistan İslam Respublikasındakı səfirliyinin “Facebook” səhifəsində bu münasibətlə yerləşdirilmiş məlumata əlavə olunmuş 40-a yaxın fotoşəkil Naxçıvanın görməli yerləri, tarixi abidələri, müasir inkişaf səviyyəsi haqda izləyicilərdə ətraflı təsəvvür yaradır. İngilis və Azərbaycan dillərində verilən paylaşımda Naxçıvan 5000 illik qədim tarixi ilə Şərq sivilizasiyasının beşiyi, dünyanın ticarət, sənətkarlıq, elmi və mədəni mərkəzlərindən biri, eyni zamanda 2018-ci il üzrə İslam Mədəniyyətinin Paytaxtı, 1200-ə qədər tarixi-mədəni abidənin məskəni olan bir diyar kimi qeyd olunur. Səfirlik paylaşmada bütün izləyiciləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğma vətəni olan, Əcəmi Naxçıvani, Hüseyn Cavid və digər görkəmli şəxsiyyətlərin yaşayıb yaratdığı Naxçıvana səyahətə dəvət edir. Bu torpağın gözəlliklərini öz gözləri ilə görmək tövsiyə olunur.
Qeyd edək ki, eyniməzmunlu statuslar ölkəmizin Ukraynada və Bolqarıstan Respublikasındakı səfirliklərinin də “Facebook” səhifələrində yerləşdirilib. Ukraynadakı səfirliyimiz sosial şəbəkə səhifəsində Naxçıvan Dövlət Tele­viziyasında hazırlanan “Naxçıvan Muxtar Respublikası – 95” adlı videoçarxı, Azərbaycanın Bolqarıstan Respublikasındakı səfirliyi isə ingilis dilində “Naxçıvan Muxtar Respublikası 95 illik yubileyini qeyd edir” başlıqlı yazı verib.

 Əli CABBAROV

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR