19 Aprel 2019, Cümə

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

40 il bundan əvvəl – 1979-cu il fevralın 11-də İran İslam Respublikası yaranmışdır. Həmin tarixdən başlayaraq hər il fevralın 11-i İran İslam Respublikasında Milli Bayram – İslam İnqilabı Günü kimi qeyd olunur.

Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə İran İslam Respublikasına səfərlər etmiş, 1992-ci il avqustun 24-də “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmış, Azərbaycan-İran münasibətlərinin əsası qoyulmuşdur. Dahi şəxsiyyət xalqın tələbi ilə ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycan-İran əlaqələrinin inkişafı diqqətdə saxlanmış, dövlətlərarası münasibətlərimiz yeni mərhələyə yüksəlmişdir. Bu dövrdən başlayaraq ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılmışdır.
Ulu öndərimiz Azərbaycan-İran əlaqələrinə mühüm əhəmiyyət verərək deyirdi: “Azərbaycanın və İranın tarixi keçmişi, ölkələrimizin coğrafi vəziyyəti, dövlətlərimizin bugünkü siyasəti bizi daha sıx əməkdaşlığa dəvət edir”.
Bu gün Azərbaycan-İran əlaqələri xalqlarımızın mənafeyinə uyğun olaraq mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində inkişaf etdirilir. İki ölkə arasında ikitərəfli və digər formatlarda davam edən uğurlu regional əməkdaşlıq iqtisadi-siyasi münasibətləri daha da möhkəmləndirir. Bu münasibətlərin təməlində isə yüksək səviyyəli qarşılıqlı səfərlər dayanır. Əldə olunan razılaşmalar, imzalanmış rəsmi sənədlər, həyata keçirilən birgə layihələr xoş məram, qarşılıqlı etimad, müştərək mənafe və mehriban qonşu­luq­ əlaqələrinə əsaslanır.
Qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında da əlaqələrin uğurlu inkişafını şərtləndirir. Naxçıvan Muxtar Respublikasının Culfa və Şahtaxtı Gömrük idarələrinin sərhəd-keçid komplekslərinin müasir tələblər səviyyəsində tikilib istifadəyə verilməsi və iş saatının artırılması, həmçinin muxtar respublikamıza səfər edən İran vətəndaşlarına sadələşdirilmiş qaydada viza olmayan bir­dəfəlik giriş icazələrinin verilməsi gediş-gəlişin artmasına, iqtisadi-ticarət əlaqələrinin ilbəil genişlənməsinə səbəb olmuşdur.
Əlaqələrin inkişafı baxımından 2018-ci il daha məhsuldar olmuşdur. Belə ki, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən il aprelin 6-da muxtar respublikaya səfər etmiş, səfər zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüş keçirilmiş, qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunmuşdur. Həmçinin ötən il iyulun 14-də İran İslam Respublikasının maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının rəhbəri Foroud Asgari Azərbaycan və İran gömrük xidməti nümayəndələri arasında keçiriləcək görüşdə iştirak etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında olmuş və Ali Məclisin Sədri ilə görüşmüşdür. 2018-ci ilin mart ayından etibarən Naxçıvan Beynəlxalq Hava Limanında, may ayından isə muxtar respublikanın gömrük-keçid məntəqələrində giriş vizalarının da rəsmiləşdirilməsinə başlanılmış, Şahtaxtı gömrük-keçid məntəqəsi 16 saatlıq iş rejiminə keçmişdir.
Ötən il İranın Xoy və Miyandoab şəhərlərində keçirilən beynəlxalq güləş və boks yarışlarında muxtar respublika idmançıları da iştirak etmiş, İran İslam Respublikasının su elektrik stansiyalarının tikintisi sahəsində ixtisaslaşmış “Fərab” şirkətini təmsil edən nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Şiraz və Urmiya şəhərində təşkil olunmuş sərgilərdə muxtar respublikanın sahibkarlıq subyektləri də iştirak etmişlər. Ötən ilin mart ayında isə İranın Qərbi Azərbaycan Vilayəti sahibkarlarının Naxçıvan şəhərində üçüncü sərgi-satışı keçirilmişdir. İranın Şərqi Azərbaycan Vilayəti Dəmir Yollarının nümayəndə heyəti Naxçıvana səfər etmiş, yük daşınması ilə əlaqədar məsələlər müzakirə edilmişdir. Səhiyyə sahəsindəki əməkdaşlığa uyğun olaraq aprel ayında muxtar respublika həkimlərindən ibarət nümayəndə heyəti Urmiya şəhərində, iyun ayında isə iranlı həkimlərdən ibarət nümayəndə heyəti Naxçıvanda keçirilən beynəlxalq konfransda iştirak etmişdir. Bundan başqa, İran İslam Respublikasının “Dövlət işçilərinin istehlakçı birlikləri”nin icraçı direktorlarından ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edərək istehsal müəssisələri ilə tanış olmuşdur. Ötən ilin dekabrında isə Tehran şəhərində “Üçüncü İran İxracat İmkanları – İran EXPO-2018” adlı sərgidə muxtar respublika nümayəndələri də təmsil edilmişdir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran arasındakı ikitərəfli münasibətlərdə təhsil sahəsindəki əməkdaşlıq xüsusi yer tutur. Naxçıvan Dövlət Universiteti ilə Təbriz Universiteti, Təbriz Tibb Elmləri Universiteti, Azad İslam Universitetinin Mərənd filialı, Cihad Universiteti, Pəyami-Nur Universiteti, Urmiya Universiteti, Tehran Universiteti və Zəncan Universiteti arasında əlaqələr qurulmuşdur. Hazırda Naxçıvan Dövlət Universitetində 60-dan çox iranlı tələbə təhsil alır.
Bu gün ölkələrimiz arasındakı münasibətlər davamlı inkişaf mərhələsinə, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İran-Azərbaycan əlaqələrinin uğurlu inkişafı bizi çox sevindirir. Bizim əlaqələrimiz tarixə əsaslanır. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir və ümumi işimizə böyük töhfədir”.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3870348
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3387
4476
18738
60739
3870348

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter