20 Fevral 2019, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə ölkənin televiziya, qəzet və internet portallarında silsilə verilişlər, məqalələr, video­materiallar yayımlanıb.
Ölkə televiziya kanalları Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə silsilə verilişlər və xəbər süjetlərinə geniş yer verib. Azərbaycan televiziyasının “Səhər” musiqili-informasiya proqramı bütövlükdə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunub. Bununla bağlı televiziyanın efirində konsert və musiqi proqramları da təqdim olunub. AzTV-də həmçinin 9 fevral münasibətilə “Nuhun yurdu Naxçıvan”, “XXI əsr salnaməsi – Naxçıvan” filmləri də yayımlanıb. Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konserti izləyicilərə təqdim olunub. Azərbaycan dövlət radiosunda isə “Naxçıvan Muxtar Respublikası – 95” rubrikasında Naxçıvanın musiqi kollektivlərinin konsertinə yer verilib. “Mədəniyyət” kanalında “Ordubad kəhrizləri”, “Naxçıvan yallıları”, “Azərbaycan xalçaları Naxçıvan qrupu”, “Heydər Əliyev və Naxçıvan” adlı veriliş və filmlər efirə təqdim olunub. “İctimai” televiziya isə Şərur Xalq Yallı Ansamblının konsertini yayımlayıb. Bu mövzuya, eyni zamanda “Lider” tele­viziyasının “Səda” proqramında da toxunulub.
Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyin­də keçirilən “Naxçıvanın muxtariyyət statusu” adlı tədbir də Azərbaycan televiziyasının və “Xəzər” tele­kanalının “Xəbərlər” proqramında yayımlanıb.
Eyni zamanda ölkənin qəzet və internet portallarında da Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə məqalələr dərc olunub, foto və videomateriallar yayımlanıb. Akademik İsa Həbibbəylinin “Azərbaycan” qəzetində dərc edilən “Azərbaycanın “Nəqşi-Cahanı” məqaləsi maraqla qarşılanıb. Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanın “Muxtariyyətimizin və müstəqilliyimizin bəhrələri” məqaləsi “İki sahil” qəzetinin saytında yerləşdirilib, jurnalist Sahil Tahirlinin “Tarixin 95 ili” adlı məqaləsi “Nuhçıxan” İnformasiya Agentliyinin internet saytından və “Şərq qapısı” qəzetindən sonra “İki sahil” və “Palitra” qəzetlərində də dərc olunub, Naxçıvanxeberleri.com, eyni zamanda Azinform.az informasiya portallarında yayımlanıb. Türkiyənin “İğdır” qəzetində isə “O Naxçıvandır” sərlövhəli məqalə dərc olunub. Jurnalist Səməd Canbaxşi­yevin “Muxtariyyətimiz varlığımızdır” məqaləsi “Nuhçıxan” İnformasiya Agentliyində yerləşdirilib. Azərbaycan Dövlət İnformasiya Agentliyinin saytında jurnalist Rauf Kəngərlinin “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd olunması Heydər Əliyev siyasi xəttinə dərin sədaqətin bariz nümunəsidir”, “Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 ili tamam olur”, həmçinin Türkiyənin nüfuzlu “Milliyyət” qəzetinin bloq saytında “95 il bundan əvvəl…” analitik məqalələri yerləşdirilib. Bundan başqa, muxtariyyətin 95 illiyi münasibətilə ölkəmizin digər informasiya agentliklərində, portallarında da məqalə və xəbərlər yayımlanıb.

Bir neçə gündür ki, sosial şəbəkələrdə də Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə bağlı yüzlərlə paylaşımlar edilib, foto və video­materiallar yerləşdirilib, minlərlə izləyici tərəfindən təbrik və şərhlər yazılıb. Ölkə­mizdən kənarda yaşayan həmvətənlərimiz də muxtariyyətin 95 illiyi ilə bağlı sosial şəbəkələrdə yazı və müxtəlif fotolar paylaşıblar.
Naxçıvan Dövlət Televiziyası və Radiosunun da 9 fevral proqramı bütövlükdə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunub. Televiziya və radionun efirlərində bununla bağlı film, veriliş və keçidlər, eyni zamanda konsert proqramları yayımlanıb. “Nuhçıxan” İnformasiya Agentliyinin internet saytında yaradılan “Naxçıvan Muxtar Respublikası – 95” adlı bölmədə isə silsilə məqalələr, şeirlər, kliplər, fotoşəkillər və videomateriallar yerləşdirilib.
Azərbaycan Milli Kitabxanasında Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə əlaqədar təşkil olunmuş “Naxçıvan Muxtar Respublikası – 95” adlı kitab sərgisi də ölkə mətbuatında geniş işıqlandırılıb.

“Nuhçıxan” İnformasiya Agentliyi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3709510
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1754
3119
7668
50602
3709510

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter