19 Fevral 2019, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Fevralın 11-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən görkəmli şair İmadəddin ­Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi həftəsi”nə start verilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov çıxış edərək bildirib ki, bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur, 2019-cu il ­ölkəmizdə “Nəsimi ili” elan edilib. Belə bir tarixi ildə xalqımızın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən “Nəsimi həftəsi” də ölməz sənətkarın həyatı və yaradıcılığının, ideallarının muxtar respublika gənclərinə tanıdılmasına və təbliğ edilməsinə geniş imkan açır.
Qeyd olunub ki, şair və mütəfəkkir İmadəddin Nəsimi irsinin sistemli tədqiqi və təbliği ötən əsrin 70-ci illərində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaradan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və beynəlxalq miqyasda qeyd olunub. Dünya poeziyasının ən kamil nümunələrini yaradan Nəsimi anadilli ədəbiyyatı poetik çalarlarla zənginləşdirib, ədəbiyyatımızı və dilimizi zirvəyə yüksəldib.
Vurğulanıb ki, əqidə yolunda, vahid amal uğrunda mübarizə edən sənətkar Nəsiminin yüksək humanizm və dünyəvilik ideallarına söykənən poeziyası dünən olduğu kimi, bu gün də aktual və müasirdir. İnanırıq ki, “Nəsimi həftəsi” çərçivəsində keçiriləcək tədbirlər gənc­lərimizin Nəsimi irsini öyrənmələri üçün faydalı olacaqdır.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında bildirib ki, fond klassik ədəbiyyatımızın təbliği, mənəvi dəyərlərimizə söykənən filmlərin gənclərə izlədilməsi, tarixi və təbiət abidələrinə ekskursiyaların, əlamətdar günlərlə bağlı tədbirlərin təşkili, milli köklərə bağlı tarixi peşələrin gənclərə aşılanması üçün mütəmadi işlər görülür. Bu gün start verilən “Nəsimi həftəsi” də bu istiqamətdə aparılan tədbirlərin tərkib ­hissəsidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, Əməkdar elm xadimi Hüseyn Həşimli və AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova çıxış edərək ölməz şairimiz Nəsiminin həyat və yaradıcılığı haqqında gənclərə ətraflı məlumat veriblər.
Sonra gənclərin Culfa rayonundakı Xanəgah Abidə Kompleksinə ekskursiyaları təşkil olunub.
Qeyd edək ki, “Nəsimi həftəsi” 11-16 fevral tarixlərini əhatə edəcək. Hazırlanmış qrafikə əsasən bu müddət ərzində “Nəsimi” tarixi filminin nümayişi, Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi, İmadəddin ­Nəsiminin həyat və yaradıcılığına dair “Nə? Harada? Nə zaman?” intellektual oyunu, “Poeziyamızın fatehi” adlı bədii qiraət müsabiqəsi, “Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə və “Nəsimi həftəsi”nin mükafatlandırma tədbirinin keçirilməsi nəzərdə tutulub. Tədbirlərdə gənclərin iştirakı üçün elektron formlar yaradılıb və həmin formlar vasitəsilə artıq yüzlərlə gənc həftə ərzində keçiriləcək tədbirlərdə iştirakçı olmaq üçün qeydiyyatdan keçib.

Nail Əsgərov

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3704939
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
302
2795
3097
46031
3704939

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter