17 Fevral 2020, Bazar ertəsi

Dünən Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənc­lər Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş xarici ölkələrdən muxtar respublikada təhsil alan gənclər arasında “Mən Naxçıvan haqqında nə bilirəm?” mövzusunda bilik yarışması keçirilib.
Yarışın keçirilməsində məqsəd xarici ölkələrdən olan gənclərin muxtar respublika haqqında bilik və bacarıqlarının artırılması, muxtar respublikanın tarix və mədəniyyətinin ölkədən kənarda təbliği və onların asudə vaxtının səmərəli təşkilidir.
Bilik yarışması 30 xarici tələbənin iştirakı ilə keçirilib. Hər bir tələbə 50 sualı cavablandırıb. Suallar Naxçıvanın tarixi, coğrafiyası, görkəmli şəxsiyyətləri, tarixi-mədəniyyət abidələrinə həsr edilib.
Oyunun yekununa əsasən I yerə “Naxçıvan” Universitetinin tələbəsi Khaıruzzaman MD, II və III yerlərə Naxçıvan Dövlət Universitetinin tələbələri Atanda İderaduva, Reza Chachanlau layiq görülüblər.
Sonda qalib gənclər Gənclər Fondu tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. Fərqlənən 3 gəncə isə həvəsləndirici diplomlar və hədiyyələr təqdim edilib.

Xəbərlər şöbəsi

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR