21 Fevral 2020, Cümə

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında “2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda şura yığıncağı keçirilib, təşkilatın təsis olunmasının 26 illiyi qeyd olunub.
Yığıncaqda məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov deyib ki, bu gün təşkilatın əhatə etdiyi 56 ilk partiya təşkilatında 6862 nəfər partiya üzvü vardır. İl ərzində partiya sıralarına 39 ilk partiya təşkilatından 117 üzv qəbul olunub ki, onlardan 87-si gənc, 65-i isə qadınlardır.

İsa Məmmədov qeyd edib ki, yanvarın 30-da Babək Rayon Təşkilatının yaradılmasının 26 ili tamam olub. Təşkilatın təsis konfransı ulu öndərimiz Heydər Əliyevin iştirakı ilə keçirilib.
“Yeni Azərbaycan Partiyasının uğurları ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Babək rayonunu da əhatə edib. Hər il rayonun qəsəbə və kəndlərində kompleks quruculuq işləri aparılır, məktəb binaları tikilir, yaşayış məntəqələri abadlaşdırılır, körpülər, yollar salınır, yeni iş yerləri açılır”, – deyən Babək Rayon İcra Hakimiyyətinin başçısı, şura üzvü Rasim Hüseynov qeyd edib ki, ötən il təşkil olunmasının 40 illik yubileyini qeyd edən rayonda aparılan quruculuq işləri davam etdirilib, ucqar dağ və sərhəd kəndləri abadlaşdırılıb.
Məruzə ətrafında çıxışlar olub.

* * *

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında bu siyasi qurumun yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev açaraq məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında Yeni Azərbaycan Partiyasının böyük xidmətləri olub.
Vurğulanıb ki, partiyanın 25 il bundan əvvəl təsis edilən Ordubad Rayon Təşkilatı da öz ətrafında dövlətimizə və dövlətçiliyimizə sadiq, vətənpərvər insanları toplayıb. Ötən dövr ərzində təşkilat şərəfli bir yol keçib. Bu gün sıralarında 6050 nəfərdən artıq üzvü birləşdirən təşkilat öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsinə uyğun qurub. 54 ilk ərazi təşkilatını özündə birləşdirən Ordubad Rayon Təşkilatı ötən il öz sıralarına 127 nəfər üzv qəbul edib. Bu dövrdə 4 şura, 11 İdarə Heyətinin yığıncağı keçirilib, həmin tədbirlərdə aktual mövzular müzakirə olunub.
Qeyd edilib ki, partiya üzvləri rayonun ictimai-siyasi ­həyatında da yaxından iştirak edirlər. Bu sırada 2018-ci ildə keçirilmiş prezident seçkilərində partiya üzvlərinin fəallığı xüsusi qeyd olunmalıdır.
Qürbət Rzayev təşkilatın bundan sonra da öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq quracağına əminliyini bildirib, partiya üzvlərini təşkilatın yaranmasının 25 illiyi münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Tədbir məruzə ətrafında çıxışlarla davam edib.

Xəbərlər şöbəsi

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR