26 Yanvar 2020, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 noyabr 2018-ci il tarixdə elan olunmuş müsabiqənin test imtahanları keçirilib.
Müsabiqəyə çıxarılan 305 vakant vəzifənin tutulması üçün 583 namizəd tərəfindən sənəd təqdim olunub, onlardan 570-i test imtahanında iştirak edib. Test imtahanlarında 257 nəfər keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (76 nəfər), Turizm Departamenti (69 nəfər), Mədəniyyət Nazirliyi (58 nəfər), Dövlət Statistika Komitəsi (57 nəfər), Təhsil Nazirliyi (53 nəfər) və Dövlət Sosial Müdafiə Fondu (46 nəfər) üstünlük təşkil edib.
Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə nəticələrə dair arayış təqdim edilib. Nəticələr komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
Test imtahanında müvəffəqiyyət qazanmış namizədlər imtahanın nəticələri elan edildiyi gündən etibarən 10 iş günü müddətində komissiyanın internet portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qanunvericiliyə əsasən müsahibə mərhələsi sənəd qəbulu başa çatdıqdan sonra 30 gün ərzində olacaq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR