25 May 2020, Bazar ertəsi

Dünən bu münasibətlə keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev məruzə edib. O bildirib ki, Yeni Azərbaycan Partiyasının ilk rayon təşkilatı 1993-cü il yanvarın 23-də əbədiyaşar liderimiz Heydər Əliyevin iştirakı ilə Şərurda yaradılıb. O vaxt rayon təşkilatının 34 ərazi ilk təşkilatında 3 min nəfərə yaxın üzv var idi. Hazırda təşkilat 87 ilk təşkilatda 10 min 528 nəfər partiya üzvünü birləşdirir. Təşkilat üzvlərinin 6 nəfəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 336 nəfəri bələdiyyə üzvüdür. Hansı sahədə çalışmasından asılı olmayaraq, partiya üzvləri Heydər Əliyev yoluna sədaqət nümayiş etdirir, rayonun ­sosial-iqtisadi həyatının bütün sahələrində uğurla fəaliyyət göstərirlər.
Diqqətə çatdırılıb ki, blokada şəraitində yaşamağımıza baxmayaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun düşünülmüş siyasəti və ardıcıl fəaliyyəti nəticəsində qədim diyarımızda onlarca yeni istehsal və emal müəssisələri işə salınıb, məktəblərin, mədəniyyət və səhiyyə müəssisələrinin geniş şəbəkəsi yaradılıb, tikinti-quraşdırma tədbirlərinə yönəldilən investisiyanın həcmi ilbəil artırılıb. Bu tədbirlər Şərur rayonunu da əhatə edib. Artıq rayonun 50-dək yaşayış məntəqəsində geniş quruculuq tədbirləri aparılıb. Təkcə bir faktı qeyd edək ki, ötən il rayonda ­tikinti-quraşdırma tədbirlərinə yönəldilən investisiyanın həcmi 74 milyon 561,2 min manat, istehsal olunan sənaye məhsullarının həcmi 94 milyon 232,7 min manat, kənd təsərrüfatı məhsulları 148 milyon 37,9 min manat olub. Həyata keçirilən bütün tədbirlərdə Yeni Azərbaycan Partiyasının ­rayon təşkilatının üzvləri fəallıq ­göstəriblər.

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası daim gəncləşən, sağlamfikirli ziyalıları ətrafında toplayan və arxasınca aparan bir siyasi təşkilatdır. Partiyamız dünya şöhrətli dövlət xadiminin rəhbərliyi ilə yarandığı kimi, bu gün də beynəlxalq aləmdə böyük hörmət və nüfuza malik olan liderin sədrliyi ilə cəmiyyətdə özünəməxsus aparıcı rola malik siyasi təşkilat kimi fəaliyyət göstərir. Respublikamızın davamlı inkişafı, müstəqilliyin möhkəmləndirilməsi, dünyanın inkişaf edən ölkələri sırasında layiqli yer tutması Yeni Azərbaycan Partiyasının ­təməlində duran prinsiplərin əməli surətdə həyata keçirilməsinin ­nəticəsidir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının şura üzvü Tahir Əliyev, partiya fəallarından Şərur Olimpiya-İdman Kompleksinin direktoru Rza Camalov, Əli Nəcəfov, Naxçıvan Dövlət Universitetinin dosenti Seyfəddin Eyvazov çıxış ediblər.
Sonra partiya sıralarına yeni daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Elman MƏMMƏDOV

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR