28 Mart 2020, Şənbə

AMEA Naxçıvan Bölməsində 20 Yanvar ­faciəsinin 29-cu ildönümünə həsr olunan “20 Yanvar – azadlığımızın və iradəmizin simvolu” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan xalqına qarşı sovet imperiyasına rəhbərlik edən ermənipərəst quldurların əvvəlcədən hazırlanıb planlı şəkildə həyata keçirdiyi 1990-cı ilin 20 Yanvar faciəsinin başvermə səbəblərindən danışıb.
Qeyd olunub ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən ümummilli liderin ölkə rəhbərliyinə qayıdışından sonra həmin hadisələrin mahiyyəti açıqlandı.
Vurğulanıb ki, 20 Yanvar hadisəsi hər zaman canını qurban verməyə hazır olan xalqın Vətənə, torpağa sədaqətin, azadlıq, müstəqillik uğrunda mübarizəsini bütün dünyaya göstərən tariximizin şərəfli bir səhifəsi, qəhrəmanlıq salnaməsidir.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, dosent Zeynəb Quliyeva, həmin institutun şöbə müdirləri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, dosent Toğrul Xəlilov və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova çıxış ediblər. ­Çıxışlarda 20 Yanvar faciəsini törədənlərin məkrli siyasətindən, şəhidlərimizin adlarının əbədiləşdirilməsi və bu gün onların ailə üzvlərinə göstərilən dövlət qayğısından söz açılıb.
Konfransda 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecənin real faktlarını əks etdirən slayd nümayiş olunub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Mart 2020
Be Ça Ç Ca C Ş B
24 25 26 27 28 29 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR