25 Mart 2019, Bazar ertəsi

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində 2018-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirə olunduğu kollegiya iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və hüquq-mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi və daxili bazarın qorunması istiqamətində işlər davam etdirilib.
Vurğulanıb ki, dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarında xidmətin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Bu məqsədlə komitənin inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılıb, Sədərək sərhəd-keçid məntəqəsi üçün 18 hektara yaxın ərazidə beynəlxalq standartlara uyğun qurulan müasir gömrük kompleksinin inşası sürətləndirilib.
Qeyd olunub ki, il ərzində gömrük xidmətində iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi xüsusilə diqqətdə saxlanılıb. 2017-ci ilin dekabr ayında Ali Məclis Sədrinin İran İslam Respublikasına rəsmi səfəri zamanı əldə olunmuş razılığa əsasən Culfa gömrük sərhəd-­buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib.

Vurğulanıb ki, gömrük orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, rəsmiləşmə prosesinin sürətləndirilməsi, işdə şəffaflığın təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yeni strukturu təsdiq olunub. İnkişaf etmiş dünya ölkələrinin praktikasına uyğun formalaşdırılan yeni struktur gömrük xidmətinin daha səmərəli şəkildə idarə olunmasına imkan yaradıb.
Qeyd edilib ki, gömrük orqanları tərəfindən büdcənin formalaşdırılması istiqamətində 2018-ci il üçün müəyyən olunmuş 7 milyon 800 min manatlıq proqnoz-tapşırığa 120,24 faiz əməl edilib. Hesabat dövrü ərzində büdcəyə köçürülmüş vergi və rüsumlar Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 10,86 faizini təşkil edib.
Komitə sədrinin müavini xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini də önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 58 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi artıb. İxrac əməliyyatları, əsasən, Türkiyə Respublikası, İran İslam Respublikası, Gürcüstan, Rusiya Federasiyası, İraq və İtaliya ilə həyata keçirilib.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə istiqamətində səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınmış 12 cinayət faktı üzrə, ümumilikdə, 208,1 kiloqram heroin, 238,4 qram metanfetamin, 4,2 qram tiryək, 2,6 qram marixuana, 1,4 qram metadon, 0,5 qram tramadol, 0,04 qram klonazepam aşkarlanıb.
Bildirilib ki, muxtar respublika gömrük xidmətinin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyəti də uğurlu nəticələr verib. Belə ki, həyata keçirilmiş 3 əməliyyat-axtarış tədbiri nəticəsində 38,4 qram həşiş qatranı, 17,9 qram tiryək, 9,5 qram marixuana, 100 ədəd psixotrop tərkibli dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb. Bu sahəyə tam nəzarət olunması üçün gömrük sərhəd-buraxılış məntəqələrində mülki dövriyyəsi məhdudlaşdırılmış dərmanların elektron bazası formalaşdırılıb. Muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 62 min 251 ədəd psixotrop tərkibli dərman vasitəsi saxlanılıb.
İclasda vurğulanıb ki, yerli sahibkarların dəstəklənməsi üçün kənd təsərrüfatı məhsulları kütləvi çıxım dövründə analoji xarici malların təsirindən qorunub, yerli məhsulların bazar payı daim nəzarətdə saxlanılmaqla idxalın məhdudlaşdırılması həyata keçirilib. Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunub, 877 halda ekspertiza həyata keçirilib. Ekspertizası aparılmış mallardan 88 ton ərzaq və qeyri-ərzaq məhsulunun mənşəyi məlum olmadığından, həmçinin keyfiyyət göstəriciləri, o cümlədən markalanması və qablaşdırılması normalara cavab vermədiyindən muxtar respublika ərazisinə buraxılmayıb. Daxili bazarın və istehlakçıların hüquqlarının qorunması, o cümlədən gömrük qanunvericiliyinin tələblərinin pozulması hallarına görə il ərzində ayrı-ayrı vətəndaşlardan saxlanılmış ümumi çəkisi 11 tondan artıq ərzaq məhsulu və digər mallar isə yandırma üsulu ilə məhv edilib.
Kollegiya iclasında 2018-ci il ərzində görülmüş işlərlə əlaqədar məruzələr dinlənilib.

*  *  *

“Naxçıvanqaz” İstehsalat Birliyində keçirilən iclası birliyin direktoru Ramin İsmayılov açaraq bildirib ki, muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında təbii qaz təminatı mühüm yer tutur. Buna görə də abonentlərin dayanıqlı mavi yanacaqla təchizatı sahəsində ardıcıl tədbirlər görülür.
Diqqətə çatdırılıb ki, “Naxçıvanqaz” İstehsalat Birliyi Naxçıvan Muxtar Respublikasında 86 min 377 əhali abonentin, kommunal-büdcə təşkilatları üzrə 924, qeyri-dövlət təşkilatları üzrə 1403, sənaye üzrə 143 və enerji istehsal edən müəssisələr üzrə 2, ümumilikdə, 2472 qeyri-əhali abonentin təbii qazla təminatına xidmət göstərir. 2018-ci ildə 982 abonent, o cümlədən 862 əhali və 120 qeyri-əhali abonenti tərəfindən daxil olan müraciətlərə əsasən ev, mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb.
Qeyd olunub ki, qaz təsərrüfatı şəbəkəsində qaz analizatorlar və dedektorlar vasitəsilə 10 min 808 ədəd qaz sızması aşkarlanıb və sızmalar texniki istismar qaydalarına uyğun olaraq aradan qaldırılıb. Muxtar respublikanın şəhər, rayon qaz istismar idarələrinin qəza dispetçer xidmətlərinə istər əhali, istərsə də qeyri-əhali təbii qaz istehlakçıları tərəfindən daxil olan 14 min 659 çağırışa vaxtında gedilib, bütün işlər təlimata uyğun yerinə yetirilərək təhlükəsiz və fasiləsiz təbii qazın nəqli bərpa olunub.
Vurğulanıb ki, muxtar respublikada təbii qaz istehlakçılarının istismara yararsız qaz sayğacları istismardan çıxarılıb və yeni qaz sayğacları ilə təmin edilib. Əhali qrupdan olan abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün 44 min 321 mühafizə qutusu quraşdırılıb.
Bildirilib ki, hesabat dövründə Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması davam etdirilib, 1 yanvar 2019-cu il tarixə, ümumilikdə, 17 min 525, o cümlədən 2018-ci ildə 950 smartkarttipli qaz sayğacı və mühafizə qutusu quraşdırılıb. Həmin qaz sayğaclarının diaqnostik müayinəsi, kompüter vasitəsilə test edilməsi və ortaya çıxan nöqsanların aradan qaldırılması üçün xidmət stansiyası təşkil olunub. Qazpaylayıcı stansiyaların ərazilərində bütün texniki avadanlıqların istismara yararlılıq vəziyyəti yoxlanılıb, aşkar olunan hər hansı bir texniki nasazlıq qısa müddət ərzində aradan qaldırılıb.
Qeyd olunub ki, yeraltı yüksək və ortatəzyiqli magistral qaz kəmərləri üzərində istismar olunan elektrokimyəvi mühafizə qurğularına (11 katod stansiyasına, 1 drenaj qurğusuna) nəzarət edilib, ardıcıl olaraq anod yataqları yoxlanılıb, kəmər boyu potensiallar fərqi nəzarətdə saxlanılıb, katod stansiyalarında qidalandırıcı transformatorlara xidmət göstərilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3791999
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2385
1728
2385
56316
3791999

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter