19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası ­keçirilib.
Kollegiyada Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazasının daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər ötən il də davam etdirilib. 2018-ci il ərzində Naxçıvan şəhərində 6 nömrəli, Şərur rayonunda İbadulla, Ərəbyengicə, Kosacan, Babək rayonunda Aşağı Buzqov, Yuxarı Buzqov, Culfa rayonunda Dizə, Qazançı kənd tam orta məktəbləri, Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.
Vurğulanıb ki, 2018-ci ildən etibarən ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatı müsabiqə yolu ilə aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərən 44 müəllim,13 psixoloq, 7 uşaq birliyi təşkilatı rəhbəri, 1 kitabxana müdiri, 1 tərbiyəçi və 7 laborant işlə təmin olunub. 29 dekabr 2018-ci il tarixdə artıq üçüncü dəfə həyata keçirilən işə qəbul imtahanlarının nəticələrinə əsasən 75 gənc müəllim ümumtəhsil məktəblərində ixtisaslarına uyğun olaraq müəllimlik fəaliyyətinə başlamışlar.

Bununla yanaşı, tədrisin keyfiyyətinin artırılması, qabaqcıl təcrübənin öyrənilməsi, müəllimlərin müasir təlim üsulları və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən fransız dili müəllimləri, psixoloqlar, məktəb kitabxanaçıları, informasiya sistemlərinin əlaqələndiriciləri və digər ixtisas müəllimləri ilə kurikulum seminarları, elmi-praktik konfranslar keçirilib.
Rəhman Məmmədov bildirib ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı və yaradılan müasir təhsil şəraiti 2017-2018-ci tədris ilində də uğurlu nəticələrin əldə olunmasına yol açıb. Belə ki, qəbul imtahanlarında məzunlardan 1781-i ali məktəblərə, 615-i isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Onlardan 331-i 500-700 arası bal toplayıb, 6 məzun isə Prezident təqaüdünə layiq görülüb.
Qeyd olunub ki, peşə təhsili sahəsində həyata keçirilən tədbirlər nəticəsində Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrindən 2018-ci il ərzində, ümumilikdə, 18 ixtisas üzrə 125 qrupda 2753 müdavim təhsillərini başa vuraraq müvafiq təhsil sənədi alıblar. Hazırda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən 4 peşə təhsili müəssisələrində 6 ixtisas üzrə 19 qrupda 496 müdavim təhsilini davam etdirir.
Təhsil naziri 2018-ci il ərzində buraxılmış nöqsanlardan, onların aradan qaldırılması istiqamətində həyata keçirilmiş tədbirlərdən və 2019-cu ildə qarşıda duran vəzifələrdən danışıb.
Tədbir məruzə ətrafında müzakirələrlə başa çatıb.

*  *  *

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında 2018-ci ildə sosial-iqtisadi inkişafın bütün sahələrində olduğu kimi, ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi sahəsində də dinamik inkişaf saxlanılıb, dövlət ekoloji siyasəti uğurla davam etdirilib.
Qeyd olunub ki, ötən il ətraf mühitin mühafizəsi sahəsində 36 yoxlama-reyd aparılıb, hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 24 protokol tərtib olunub.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə, ümumilikdə, muxtar respublika ərazisində 473 hektar sahədə yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib. Bunun da 166,6 hektarı meyvə, tut, badam, ərik, şaftalı, cəviz, alma, 41,7 hektarı üzüm bağları olub. Yaşıllaşdırma tədbirlərində 405 min 230 ədəd meyvə tingi, həmişəyaşıl ağaclar, meşə tingi, bəzək və gül kolları, 2000 kiloqram müxtəlif meyvə toxumları əkilib. Ağbulaq Kənd ­Turizm-İstirahət Bölgəsi ərazisində 30 hektar, Şahbuz şəhər təmizləyici qurğular sistemi ətrafındakı ərazilərdə 10 hektar, Meşə fondu torpaqlarında 40 hektar sahədə yabanı meyvə toxumları, əsasən, badamça, həmərsin, yemişan, iydə, alça toxumları ilə əkin aparılıb.
Vurğulanıb ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, 473 hektar sahədə yeni meyvə bağları salınıb, meşəbərpa tədbirləri icra edilib.
Ötən il ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, ətraf mühitin mühafizəsinə insanların diqqətini artırmaq məqsədilə “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq ekoloji maarifləndirmə tədbirləri də diqqətdə saxlanılıb və bu məqsədlə 200-dən çox kütləvi tədbirlər keçirilib, televiziya verilişləri, radio proqramları hazırlanıb.
Sonra nazirliyin əməkdaşları məruzə ətrafında çıxış ediblər.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasını komitənin sədri Əsgər Əsgərov açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikasında əkinəyararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq, yeni torpaq sahələrini əkin dövriyyəsinə daxil etməklə suvarılan sahələrin genişləndirilməsini təmin etmək, həmin sahələrin şoranlaşmasının qarşısını almaq üçün 2018-ci il ərzində komitə tərəfindən meliorasiya və irriqasiya işlərinin miqyası artırılaraq bütün mövcud imkanlar səfərbər edilib, tikinti, ­təmir-bərpa və istismar işləri həyata keçirilib.
Qeyd olunub ki, muxtar respublika ərazisində yerləşən və 303,5 milyon kubmetr su tutumuna malik olan sututarlarına 195,3 milyon kubmetr su ehtiyatı toplanıb. Su istifadəçilərinə mexaniki üsulla və öz axını ilə 258 milyon kubmetr suvarma suyu verilib, təkrar suvarma nəzərə alınmaqla 214 min 338 hektar torpaq sahəsi su ilə təmin olunub. Eyni zamanda muxtar respublikada torpaq sahələrində su təminatının yaxşılaşdırılması, suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, su itkisinin qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirilib. Rentabelli suvarma şəbəkələrinin qurulmasına, mütərəqqi suvarma metodlarının tətbiqinə üstünlük verilib. Belə ki, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində 616 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi başa çatdırılıb. Diametri 720 millimetr borularla 2850 metr magistral, diametri 300 millimetr borularla 8300 metr ana, müxtəlif diametrli borularla 61310 metr paylayıcı boru, şəbəkənin suyunun boşaldılması üçün 6300 metr suboşaldıcı xətt çəkilib. Xətt üzərində 7 ədəd kompensator, 11 ədəd siyirtmə, 594 ədəd suvarma hidrantları və supaylayıcı hovuzlar quraşdırılıb. Bununla bərabər, Kəngərli rayonunun Böyükdüz, Qabıllı və Çalxanqala kənd­ləri ərazisində 50, Şərur rayonunun Danyeri kəndi ərazisində 4, Sədərək rayonunda Dəhnə adlanan ərazidə 8 hektar sahə isə hamarlanaraq əkin üçün yararlı vəziyyətə gətirilib. Kəngərli rayonunun Yurdçu kəndi ərazisində isə 56 hektar sahəni əhatə edən qapalı suvarma şəbəkəsinin tikintisinə başlanılıb. Ümumilikdə, il ərzində muxtar respublika ərazisində 87,3 kilometr yeni suvarma boru xətti çəkilib, 21,1 kilometr boru xətti əsaslı təmir olunub.
Komitə sədri diqqətə çatdırıb ki, muxtar respublikanın rayonlarında əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün, ümumilikdə, 13,4 kilometr yeni içməli su xətti çəkilib, 65,2 kilometr içməli su xətti təmir-bərpa olunub. Ordubad rayonunun Dəstə kəndində müxtəlif diametrli borularla 5,4 kilometr yeni içməli su xətti çəkilib, 20 ədəd supaylayıcı hovuz quraşdırılıb. Kəngərli rayonunun Qıvraq qəsəbəsində isə “N” hərbi hissə üçün 1750 metr yeni içməli su xətti çəkilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*   *   *

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəni xidmətin rəisi vəzifəsini icra edən mayor Cavid Məmmədov açıb.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də muxtar respublika ərazisində qeydiyyatda duran və 16 yaşı tamam olan Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri üzrə ilkin hərbi qeydiyyata alınması, qeydiyyata götürülmüş vətəndaşların çağırışqabağı hazırlıq işlərinin təşkil edilməsi, onlarla sağlamlıq profilaktik tədbirlərin keçirilməsinin təmin edilməsi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə sağlam gənclərin yetişdirilməsindən ibarət olub.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq ötən ilin aprel, may və noyabr aylarında Naxçıvan Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının III-IV kurs tələbələri ilə elmi-nəzəri konfrans keçirilib. Bununla yanaşı, Əlahiddə Ümum­qoşun Ordunun “N” hərbi hissəsində muxtar respublikanın ümumtəhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri ilə toplantı təşkil olunub.
Vurğulanıb ki, 2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrini peşəkar, təcrübəli, savadlı kadrlarla komplektləşdirmək məqsədilə ehtiyata tərxis olunmuş hərbi vəzifəlilərdən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən hərbi xidmətə cəlb edilməsi üçün müəyyən edilmiş tədbirlər də həyata keçirilib. Ötən ildə ehtiyata tərxis olunan hərbi vəzifəlilərdən yenidən hərbi xidmət keçmək üçün müxtəlif hərbi hissələrə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 520 nəfər namizəd seçilərək göndərilib ki, bunlardan da 51-i qadındır.
Cavid Məmmədov işdə yol verilmiş nöqsanlara da toxunub, qarşıda duran vəzifələrdən bəhs edib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*   *   *

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən iclasda komitənin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, 2018-ci ildə komitə tərəfindən muxtar respublikada ailə, qadın və uşaqların hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılıb, müxtəlif tədbirlər keçirilib, ailə, qadın və uşaqlar haqqında statistik məlumatlar toplanılıb, müqayisəli təhlili aparılıb, məlumat bazası yenilənib.
Qeyd olunub ki, muxtar respublikada yaşayan aztəminatlı və əlil ailənin üzvü olan 72 qadının peşə kurslarına, 38-nin isə işlə təmin olunması üçün müvafiq məlumatları aidiyyəti təşkilatlara göndərilib. Komitə tərəfindən 9 aztəminatlı ailəyə baş çəkilib, ailə üzvləri tibbi müayinədən keçirilib, ehtiyaclarına uyğun köməklik göstərilib. Əlamətdar günlərlə əlaqədar silsilə tədbirlər də keçirilib.
Muxtar respublikanın ictimai-mədəni və sosial həyatında fəal iştirak edən 1 qadının yubileyi qeyd edilib, hesabat dövründə keçirilən müsabiqələrdə 32 nəfərə, o cümlədən 21 qadına diplom, hədiyyə və pul mükafatı verilib.
Vurğulanıb ki, milli və xalq tətbiqi sənəti növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında 55 qadının 128 əl işi, “Milli geyimlər” festivalında 23 qadının 72 əl işi, məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda 158 şəxsin 681 rəsm və əl işi satılıb. Həmçinin istedadlı qadınların toxuduqları 146 yun geyimlər 63 aztəminatlı ailələrdən olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara hədiyyə olunub.
Diqqətə çatdırılıb ki, Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədər monitorinqlər keçirilib. Muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 5194 uşaq haqqında fərdi məlumatlar daxil edilərək uşaqların sayı 16 min 956 nəfərə çatdırılıb.
Komitə sədri bildirib ki, hesabat dövründə övladlığa götürülmüş 18, qəyyumluğa və himayəyə verilmiş 12 uşağın uçotu aparılıb. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görü­lüb, 74 uşaq müəssisəsində monitorinq, 3 tam orta məktəbdə müvafiq uşaqlarla bağlı görüş keçirilib, 85 uşaq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilib. Aztəminatlı ailələrdən olan 45 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahəti təmin edilib, 70 uşağa məktəbli paltarları və dərs ləvazimatları, mövsümlə əlaqədar olaraq qış geyimi verilib.
Ramilə Seyidova deyib ki, 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü ilə əlaqədar muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində bayram tədbirləri keçirilib, 1 uşaq Bakı şəhərində keçirilən ­“İstedadlı uşaqlar” festivalında muxtar respublikanı rəsm sərgisində təmsil edib.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612145
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
189
3542
89285
135387
3612145

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter