19 Yanvar 2019, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2018-ci ildə polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri, 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilmişdir.
İclası Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, ­general-leytenant Fazil Ələkbərov açaraq müzakirə olunan məsələ barədə məruzə etmişdir. Nazir bildirmişdir ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “...Hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının və bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də diqqət mərkəzində olmuş, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası yenidən qurulmuşdur.
Daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmışdır. Təhsil müəssisəsi üçün yeni məktəb binasının tikintisi hazır­da davam etdirilir.
Əhali arasında hüquq maarifi və profilaktiki tədbirlərin gücləndirilməsinin nəticəsidir ki, cinayətkarlıq üzrə göstəricilərin aşağı səviyyədə olması qorunub saxlanılmışdır”.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata keçirilən siyasi strategiya nəticəsində muxtar respublikada dayanıqlı xarakter almış ictimai-siyasi sabitlik daxili işlər orqanlarının fəaliyyətinə əlverişli şərait yaratmaqla yanaşı daxili işlər orqanlarının üzərinə daha ciddi məsuliyyət qoymuşdur. Əməliyyat şəraitinin yenidən qurulması və mövcud olan çatışmazlıqların aradan qaldırılması istiqamətində verilən tapşırıqların, eləcə də şəxsi heyətin gərgin əməyinin nə­­ticəsidir ki, 2018-ci ildə Daxili İşlər Nazirliyi və prokurorluq tərəfindən qeydə alınmış cinayət hadisələrinin açılması, cinayətlərin törədilməsində təqsirli bilinərək axtarışı elan olunmuş şəxslərin tutulması, eləcə də cinayət işləri üzrə dəymiş maddi ziyanın ödənilməsi 100 faiz təmin edilmiş, insan alverinə qarşı mübarizə sahəsində heç bir cinayət faktı qeydə alınmamışdır.
Vurğulanmışdır ki, qanunsuz saxlanılan silahların yığılması istiqamətində də ardıcıl həyata keçirilən profilaktik maarifləndirmə tədbirlərinin nəticəsində vətəndaşlar tərəfindən 255 ədəd müxtəlif növ silah və xeyli sayda döyüş sursatı təhvil verilmişdir. Bu da ötən illərin göstəricilərini üstələməklə yanaşı nazirliyin ictimaiyyət arasında nüfuzunun yüksəlməsinin nəticəsidir.
“Ötən il muxtar respublikada kriminogen vəziyyətə təsir edən amillər müəyyən edilərək qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində 5 kollegiya və 8 əməliy­yat müşavirəsi keçirilmiş, qəbul edilmiş qərarlar icraya yönəldilmişdir”, – deyən nazir diqqətə çatdırmışdır ki, 2018-ci ildə, ümumilikdə, 1702 vətəndaşın qəbul edilərək müraciətlərinin əksəriyyəti həll olunmuşdur. Polis orqanları tərəfindən vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işinə bundan sonra da böyük həssaslıqla yanaşılmalı, müraciət edən hər bir vətəndaşın qəbul edilib şikayətlərinin hüquqi müstəvidə həll olunması bundan sonra da diqqət mərkəzində saxlanılmalıdır.
Vurğulanmışdır ki, yol infra­strukturunun inkişafı sahəsində muxtar respublikada həyata keçirilən tədbirlər, müasir standartlara cavab verən asfalt yol örtüyünün çəkilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə tехniki sistеmlərin tətbiqi, istismara yararsız nəqliyyat vasitələrinin çıxdaş edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi nəticəsində qəzaların sayı 2017-ci illə müqayisədə 54 faiz azalmışdır.
Nazirliyin səyyari xidmətinin fəaliyyəti barədə də danışan Fazil Ələkbərov demişdir ki, bu xidmət vətəndaşlar arasında böyük məmnunluq hissi yaradaraq daxili işlər orqanlarının nüfuzunu daha da möhkəmləndirmişdir. Lakin aid strukturlar bununla kifayətlənməməli, əldə olunmuş nəticələri inkişaf etdirməklə vətəndaş məmnunluğunun təmin olunması istiqamətində aparılan işləri şəffaflıq prinsipi əsasında davam etdirməlidirlər.
Nazir qeyd etmişdir ki, biometrik şəxsiyyət vəsiqələrinə keçid prosesi ölkəmizin inkişaf etmiş dövlətlər sırasında irəliləməsinin bariz nümunəsidir. Muxtar respublikamızda biometrik şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı bütün texniki vasitələr quraşdırılaraq istifadəyə verilmişdir.
Bildirilmişdir ki, 2018-ci ildə xidmətdə fərqlənən əməkdaşlardan 1302 nəfərin mükafatlandırılması son dövrlər şəхsi heyət arasında nizam-intizamın və mənəvi-psixoloji vəziyyətin yüksəlməsinin göstəricisidir.
Çıxışının sonunda nazir əminliyini bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin təmini sahəsində Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən qarşıya qoyulan vəzifələri, əməliyyat-­xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqları layiqincə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqa­zidd əməllərdən qorunması təmin olunacaq. Naxçıvanın cinayətsiz region prinsipi qorunaraq əldə olunmuş nəticələr daha da inkişaf etdiriləcəkdir.
Sonra məruzə ətrafında müzakirələrdə nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidovun, İstintaq və təhqiqat şöbəsinin rəisi, polis polkovniki Hikmət Əliyevin, Şərur Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Nəriman İbrahimovun, Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandiri, polkovnik Səlim Niftəliyevin çıxışları dinlənilmişdir.
Çıxışlarda bildirilmişdir ki, həyata keçirilən köklü islahatlar və məqsədyönlü layihələr 2018-ci il ərzində uğurla davam etdirilmişdir. Bundan sonra da cinayətkarlıqla mübarizə, ictimai qaydanın və ­ictimai təhlükəsizliyin təmin edilməsi, dövlətin və vətəndaşların qanuni mənafelərinin qorunması, eləcə də qanunvericiliklə müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetiriləcək, əməliyyat şəraiti nəzarətdə saxlanılacaq.
Kollegiya iclasına Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov yekun vurmuşdur.

*  *  *

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ­(Ombudsman) təsisatında keçirilən yığıncaqda Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova geniş məruzə ilə çıxış edərək bildirib ki, muxtar respublikada vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər 2018-ci ildə də davam etdirilib, Müvəkkil bu sahədə fəaliyyətini daxil olan müraciətlərin araşdırılması, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, preventiv mexanizm funksiyasının icrası, dövlət orqanları, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirib.
Bəhs olunan dövrdə Müvəkkilin ünvanına yazılı, şifahi və elektron formada 70 müraciətin daxil olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, daxil olan müraciətlərə qanunla müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb. Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsində mühüm əhəmiyyət kəsb edən hüquqi maarifləndirmə sahəsində fəaliyyətini ötən il də uğurla davam etdirib, bu istiqamətdə 74 tədbir keçirib.
Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada təbliği və öyrənilməsi həyata keçirilib, proqramın icrası təmin olunub.
Qeyd edilib ki, 2018-ci ildə, ümumilikdə, 31 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 80 başçəkmə həyata keçirilib, preventiv mexanizm və insan hüquqlarının müxtəlif istiqamətləri üzrə təşkil olunan maarifləndirmə tədbirlərində 1300 nəfər iştirak edib.
Müvəkkilin 2018-ci ildə fəaliyyəti ilə bağlı təsisatın rəsmi internet saytı və kütləvi informasiya vasitələrində 124, həmçinin muxtar respublikanın müasir inkişafı, tarixi-mədəni irsi, turizm potensialının təbliği ilə bağlı ­ 128 informasiya materialı Müvəkkilin rəsmi internet səhifəsində işıqlandırılıb.
Ülkər Bayramova qarşıda duran vəzifələrdən danışaraq qeyd edib ki, 2019-cu ildə də Müvəkkil təsisatı müvafiq sahələr üzrə fəaliyyətini davam etdirərək dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq nəticəsində əldə edilən müsbət təcrübənin daha da inkişaf etdirilməsi və mütəmadi təkmilləşdirilməsi istiqamətində səylərini artırmalıdır.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirəni giriş sözü ilə xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev açaraq məruzə edib.
Bildirilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən 2018-ci il ərzində də qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri həyata keçirilib, inzibati qanun­vericiliyin tələblərini pozan 267 əcnəbi aşkarlanıb. Onlar haqqında ­qanunamüvafiq tədbirlər görülüb.
Qeyd edilib ki, hesabat dövründə əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı xidmətə 967, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 5, müvəqqəti yaşama icazəsinin yenidən rəsmiləşdirilməsi ilə bağlı 4, əcnəbilərin Naxçıvan Muxtar Respublikasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi ilə bağlı 39, Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 1, vətəndaşlıqdan çıxma ilə bağlı 1, digər ölkənin vətəndaşlığını qəbul etmə ilə bağlı 1, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar isə 357 müraciət daxil olub. Həmin müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib. İl ərzində qanunla müəyyən edilmiş əsaslarla müvəqqəti yaşama icazəsinin ləğv olunması ilə bağlı 18, iş icazəsinin ləğv edilməsi ilə bağlı isə 7 müraciət daxil olub və icrası təmin edilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib, qarşıda duran vəzifələrlə bağlı struktur bölmələrə müvafiq tapşı­rıqlar verilib.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3612256
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
300
3542
89396
135498
3612256

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter