13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Muxtar respublikanın sosial-iqtisadi inkişafına əvəzsiz  töhfələr verən “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti ilin bütün fəsillərində insanların rahat gediş-gəlişinin təmini, daşınan yüklərin vaxtında ünvana çatdırılması işlərini uğurla həyata keçirir. Bir qədər keçmişə nəzər salsaq, görərik ki, müstəqilliyimizin ilk illərində qış mövsümü dəmiryolçular üçün çətin və məşəqqətli dövr kimi yadda qalıb. Bu dövrdə ciddi nöqsanlar özünü göstərirdi. Lakin son illərdə muxtar respublikada dəmir yolu nəqliyyatının maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurulması, bu sahədəki mövcud potensialdan düzgün istifadə edilməsi həmin xoşagəlməz halların tamamilə aradan qaldırılmasına imkan verib. Sevindirici haldır ki, dəmiryolçular hər il olduğu kimi, bu il də payız-qış mövsümünə hazırlıq tədbirlərini vaxtında başa vurublar.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumata görə, payız-qış mövsümü ilə əlaqədar görülən işlər təhlil edilib, aşkar olunmuş nöqsanlarla bağlı şöbə, idarə və sahə əməkdaşlarına müvafiq göstərişlər verilib, nəzərdə tutulmuş işlərin icrası vaxtında yerinə yetirilib.

Belə ki, Culfa Lokomotiv Deposunda istismar olunacaq 5 elektrovoza və 5 manevr-magistral teplovozuna texniki baxış keçirilib, hərəkət və dartı hissələri müayinə olunaraq, onlarda cari və depo təmirləri aparılıb. Lokomotivlərin normal və fasiləsiz işini təmin etmək məqsədilə Bakı şəhərindən 100 ədəd daraqlı əyləc və 200 ədəd çuqun tormoz qəlibi, 500 kiloqram qaynaq çubuğu, 15 cüt ox yastığı, 1 ədəd mühərrikin silindr başlığı alınıb. Bundan əlavə, 138 müxtəliftipli vaqonda cari və depo təmiri aparılıb, 23 ton ox, 16 ton reduktor, 31 ton dizel və 944 kiloqram sürtkü yağları ehtiyatı yaradılıb. İstilik sistemləri ilə təchiz edilən sərnişin vaqonlarının qış mövsümündə qızdırılması üçün 78,5 ton daş kömür alınıb.
Mövsümlə əlaqədar xidməti ərazilərdə qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə bütün yolların, yoldəyişən və süni qurğuların, yol yatağının vəziyyəti yoxlanılıb, kəskin ehtiyac duyulan sahələrdə 8 min 366 rezin altlıq, 4 min 650 mis rels birləşdiricisi dəyişdirilib, 4 min 96 təzə ağac, 41 dəmir-beton, 366 yarımyararlı ağac şpallardan və 24 dəst izomaterialdan istifadə edilib. Yolun təmiri məqsədilə yararsız relslər digərləri ilə əvəz olunub. Həmçinin stansiyalarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 370 ədəd istismar müddəti ötmüş müxtəliftipli rele və radiorabitə bloku, 505 metr magistral və 1800 metr rabitə kabelləri dəyişdirilib. Eləcə də ərazilərdə istismar olunan 47 ədəd 10/0,4 kilo­voltluq müxtəliftipli güc, 2 ədəd 110/35/10 kilovoltluq və 4 ədəd 110/10 kilovoltluq alçaldıcı, 10 ədəd isə dartı transformatorları təmir edilib.
“Naxçıvan Dəmir Yolları” MMC-dən onu da öyrəndik ki, ötən müddətdə dəmir yolu obyektlərinin və elektrovozların fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə də bir sıra işlər görülüb. Belə ki, xidməti ərazilərdə alçaq və yüksəkgərginlikli elektrikötürücü hava və kontakt şəbəkəsi xətlərində təmir işləri aparılıb, 198 müxtəliftipli yararsız izolyator, 5 travers, 31 kontakt şəbəkəsi dayağında yük kompensatorunun trosu və 34 dayağın fərdi torpaqlanması bərpa edilib. Bütün texniki, inzibati və yardımçı binaların dam örtüklərinə, qapı və pəncərələrinə baxış keçirilib, nasos stansiyalarının xətləri, qurğu və avadanlıqları yoxlanılıb, çatışmazlıqlar aradan qaldırılıb. Qış mövsümündə təhlükəsizlik komandalarına məxsus inzibati binaların və Culfa yanğın qatarının qızdırılması üçün odun ehtiyatı yaradılıb. Əsaslı təmir olunan və yenidən qurulan inzibati binalarda 11 fərdi qazanxana quraşdırılıb, təmir sexlərində və digər strukturlarda isə 8 ədəd “Kombi” markalı qızdırıcıdan istifadə olunur. İstismar edilən bütün qazanxanalara texniki baxış keçirilərək saz vəziyyətə gətirilib.
Yuxarıda sadalanan tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi belə deməyə əsas verir ki, dəmiryolu nəqliyyatı qış mövsümündə iş ahəngini pozmayacaq, dəmiryolçular gələn yaza böyük ­əhval-ruhiyyə ilə qədəm qoyacaqlar.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397856
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
851
5770
17686
57023
3397856

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter