13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi vəziyyət getdikcə dəyişməyə başladı. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən gənc nəslin vahid bir mərkəzdən idarə olunması üçün 1994-cü il iyulun 26-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradıldı. Yalnız bundan sonra bu sahənin inkişaf prosesi sürətləndi, gənclərlə iş sahəsində yeni strukturlar formalaşmağa başladı. Gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq aləmdə iştirakı təmin edildi, gənclər təşkilatları ilə iş gücləndirildi, bir sıra dövlət proqramları qəbul edildi.

Gənclər siyasətinin davamı olaraq ulu öndər tərəfindən imzalanan sərəncama əsasən 1996-cı fevralın 2-də Azərbaycanda Gənc­lərin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsində əsas məqsəd dövlət gənclər siyasətinin uğurla icra olunması, gənc­lərə dövlət qayğısının artırılması, ölkə gənc­lərinin hər bir sahədə fəal iştirakını təmin etmələrinə şərait yaratmaq idi. 1997-ci il fevralın 1-də Gənclərin I forumunun ildönümü münasibətilə bir qrup gənci qəbul edən ümummilli lider Heydər Əliyev 2 fevralın Azərbaycanda Gənclər Günü kimi qəbul edilməsi barədə Sərəncam imzaladı. Forumda iştirak edən ulu öndər öz çıxışında gənclərə xitabən deyib: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz, müstəqil Azərbaycanın XXI əsrdə ­yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.
Bu tövsiyələr Azərbaycan gənc­lərinin qarşısında mühüm vəzifələr qoydu. Heç kəsə sirr deyil ki, gənclik bir millətin gələcəyinin yaşaması üçün təməl daşıdır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli gənc nəslin yetişdirilmə­sindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.
Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün ­Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının bu istiqamətdə qəbul etdiyi dövlət proqramları həmin sahənin nə qədər vacib və aktual ­olduğunu göstərir.
Tarixən hər bir xalq öz xoşbəxt gələcəyinə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Dünya ölkələrində gənclər sosial-iqtisadi inkişafın, cəmiyyətin islahatlarının əsas ­hərəkətverici qüvvəsi hesab olunur. Bu gün Naxçıvan Muxtar Respublikasında gənclər siyasəti Ali Məclisin Sədri tərəfindən yeni mərhələdə davam etdirilir. Qəbul edilən qərar və imzalanan sərəncamlar gənclərimiz tərəfindən alqışlarla qarşılanır. Bunun qarşılığında onlar muxtar respublikanın tanıdılmasında, mədəni-kütləvi tədbirlərin keçirilməsində, ­ictimai-siyasi həyatında fəal şəkildə iştirak edirlər. Bunun nəticəsidir ki, 2018-ci il gənc­lərimiz üçün uğurlu il kimi yaddaşlara həkk olundu. Naxçıvan bu il də beynəlxalq tədbirlərin, forumların, idman yarışlarının keçirildiyi bir məkana çevrildi.
Muxtar respublika gənclərinin yüksək ­ictimai-siyasi fəallığının ifadəsidir ki, Naxçıvan 2018-ci ildə ölkənin Gənclər Paytaxtı statusunu qazandı. Cari ilə İslam Mədəniyyəti Paytaxtı kimi qədəm qoyan doğma diyarımızda gənclər nümayiş etdirdi ki, onların internet resurslarından səmərəli istifadəsi muxtar respublikada gənclər üçün yaradılan şəraitin bir nümunəsidir. Belə şəraiti həyatımızın bütün sahələrində görmək olar.
Gənclərimiz tərəfindən Azərbaycançılıq məfkurəsinin düzgün dərk edilməsi Naxçıvanın strateji inkişaf hədəflərinə xidmət edən vacib amildir. Çünki muxtar respublikamızın inkişaf strategiyasının əsasında milli-ideoloji prinsiplər durur. Bu prinsiplər uzun illərdən dövrümüzə­dək qorunub saxlanılan milli irsimiz, tarixi ənənələrimizlə yanaşı, müasir dövrün çağırışlarına uyğun yeni hədəflərin, fikirlərin vəhdətində formalaşıb.
Yüzilliklərin gənc ölkəsinin gəncləri öz mədəni irsinə, kökünə, keçmişinə bağlı böyü­yürlər. İsbat olunmuş teorem kimi: hər bir cəmiyyətin gəncləri öz mənəviyyatı ruhunda formalaşırlar. Məsələn, qədim Spartada gənclər nizam-intizamlılığı və qəhrəmanlığı ilə seçilir, cəsarət ruhunda tərbiyə olunurdular. Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Mübariz Azərbaycan gənci hər zaman ata-babalardan miras qalan öz milli adət-ənənəsini, tarixini və irsini qoruyaraq gələcək nəsillərə ötürüb.
Cari ildə muxtar respublika gənclərinin əldə etdiyi uğurlar onu göstərir ki, Naxçıvan gəncliyi gündən-günə respublikamızın hər bir sahəsində uğur qazanmaqdadır. Məhz 2018-ci ildə idman sahəsində 311, gənclər sahəsində isə 292 tədbirin təşkil olunması, eyni zamanda 189 medalın, müxtəlif mükafat və təltiflərin qazanılması təsadüfi deyil.
Muxtar respublikamızda “Avropa günləri” çərçivəsində tam orta məktəblərdə, ali təhsil ocaqlarında bir sıra təqdimatların təşkili Naxçıvanın mədəni həyatında xoş xatirə kimi iz buraxdı. Həmçinin gənclərimiz Avropa İttifaqının üzvü olan ayrı-ayrı ölkələrin mədəniyyəti və tarixi haqqında yeni məlumatlar əldə etdilər. Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumunun keçirilməsi isə tarixi hadisə kimi yaddaşlara həkk olundu. Bu, onu göstərdi ki, qədim mədəniyyətə malik olan Naxçıvan bu gün bütün sahələrdə inkişaf edir, həmçinin diyarımız Türk dünyasının elm, mədəniyyət və maarifçilik mərkəzinə çevrilib.
Həmin forumda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Elm, təhsil və mədəni inkişaf tarixən türk xalqlarını birləşdirib. “Kitabi-Dədə Qorqud” və “Manas” dastanları, Orxon-Yenisey, Qobustan və Gəmiqaya yazılı abidələri türk xalqlarının milli varlığının, təfəkkürünün və birliyinin ifadəsidir. Mövlana Cəlaləddin Rumi, Xoca Əhməd Yasəvi, Baba Nemətullah Naxçıvani kimi görkəmli mütəfəkkirlər ümumtürk mədəniyyətinin möhkəmlənməsinə öz töhfələrini vermişlər. Bu mədəniyyətdə payı olan Naxçıvan coğrafi cəhətdən də türk toplumlarının mərkəzində yerləşir. 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu zirvə görüşünün, bu gün isə Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi mərkəz kimi Naxçıvanın əhəmiyyətini daha da artırır”. Ali Məclisin Sədri bütün bunları nəzərə alaraq Naxçıvanda Türk Universitetinin yaradılması təşəbbüsünü irəli sürüb. Bu isə gələcəkdə Naxçıvanı, həm də Türk dünyasının tələbə-gənclərini bir araya gətirəcək mərkəzə çevirəcək.
Göstərilən etimad, əldə edilən uğurlar nəticəsində aktiv və avanqard qüvvə kimi gənc­lərin muxtar respublikanın həyatında öncül yer tutmaları, yüksək hədəflərə çatmaq üçün yaradılan şəraitdən istifadə bizim üçün zəngin bazadır. Bu, əbədi gəncliyin hər zaman arzularla, ideyalarla yaşayacağına, parlaq uğurlar qazanacağına əminlik yaradır.

Azad CABBAROV
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri,
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397801
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
796
5770
17631
56968
3397801

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter