13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər fondlarının, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın regionlarından fəal gənclərin və Gənclər təşkilatlarının üzvlərindən ibarət 100 gəncin Naxçıvan Muxtar Respublikasına ekskursiyası təşkil olunub.
Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Daha sonra onlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiya ediblər. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıqdan sonra isə “Naxçıvan” Universitetində “Naxçıvan şəhəri Gənclər Paytaxtıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və tələbələr çıxış ediblər. Tədbirin sonunda Naxçıvan televiziyasının hazırladığı “Naxçıvan şəhəri – Gənclər Paytaxtı” filmi nümayiş etdirilib.

Həmin gün qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olublar.
Səfərin ikinci günündə Azərbaycanın regionlarından gələn fəal gənclər və Gənclər təşkilatlarının üzvləri türk-islam abidələrindən sayılan Qarabağlar Türbə Kompleksini ziyarət edib, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Biznes Mərkəzi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ilə də tanış olublar.
Gənclər üçün “Duzdağ” otelinin restoranında təşkil olunan musiqili konsert proqramı maraqla qarşılanıb.
Ekskursiyanın son günündə gənclər Naxçıvan hərbi şəhərciyində Döyüş Şöhrəti Muzeyini ziyarət ediblər. Ardınca Batabat Astrofizika Rəsədxanası və “Ağbulaq” İstirahət Mərkəzi ilə tanış olan qonaqlar Naxçıvan şəhərindəki Dövlət Bayraq Meydanı və Muzeyinə gəliblər. Gənclər Mərkəzi ilə tanışlıqdan sonra isə ekskursiyanın iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim edilib.
Ekskursiyada iştirak edən fəal gənclərdən bəzilərinin səfər təəssüratlarını oxucularımıza təqdim edirik:
Səbinə Cabbarova – “ASAN Könüllülər” İctimai Birliyi, Bakı şəhəri: “Bu gün Naxçıvan Muxtar Respublikasında da gənclər siyasəti uğurla həyata keçirilir. Öz müşahidələrimə və mətbuatdan öyrəndiklərimə əsasən deyə bilərəm ki, son dövrlərdə Naxçıvan Muxtar Respublikasında Gənclər Mərkəzi, kitabxanalar, mədəniyyət evləri, məktəb binaları, olimpiya-idman kompleksləri tikilib. Bu, gənc­lərə verilən yüksək qiymətin nümunəsidir. Onların asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının üzə çıxarılması diqqət mərkəzində saxlanılır.
Onu da qeyd edim ki, bizim təşkilatın 17 min 500-dən çox üzvü var və bu üzvlər arasında muxtar respublikadan olan gənclər xüsusi yer alır. Vurğulamaq istərdim ki, təşkilatımız bu gün artıq ölkədə könüllü hərəkatının inkişafında xüsusi rolu olan gənclər təşkilatıdır. Beynəlxalq təşkilat olaraq Naxçıvan Muxtar Respublikasında gənclər ilə müxtəlif sahələr üzrə layihənin həyata keçirilməsi arzusundayıq. Azərbaycanın zəngin tarixə və mədəniyyətə sahib, dilbər guşələrindən olan Naxçıvan, sözün əsl mənasında, Gənclər Paytaxtıdır. Burada gənclərin təhsilə, elmə, incəsənətə, mədəniyyətə marağının olması ulu öndərimizin əsasını qoyduğu dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir”.
Əli Eminli – “Sağlam Düşüncə” Gənclər Təşkilatı, Sumqayıt şəhəri: “Naxçıvana gəldiyim ilk gündə diqqətimi şəhərin səliqəli olması, burada daha çox tarixi-memarlıq abidələri, onların müasir üslubla təmir olunması cəlb etdi. Memarlıq və İnşaat İnstitutunun tələbəsi olduğum üçün memarlıqla bağlı tarixi abidələri gəzərkən diqqətimi cəlb edənlərin qeydiyyatını apardım. Hər biri möhtəşəmdir. Xüsusilə bəzi türbələrin yenidən təmir olunması və qorunub saxlanılması Naxçıvanda tarixi keçmişimizə nə qədər önəm verildiyini göstərir. Bununla yanaşı, muzeylərlə də tanış olduq, Şahbuz və Culfa rayonlarını gəzmək imkanı əldə etdik. Təəccübləndiyim digər məqam isə kənd yollarının belə, abad olması, insanların kəndlərdə firavan həyat sürməsi və bizi gülərüzlə qarşılaması idi. Bu layihənin təşkilatçılarına və bizi Naxçıvanla tanış edən hər kəsə minnətdarlığımızı bildiririk”.
Şamil Moyləyev – “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi, Gəncə şəhəri: “Muxtar respublikanın ekoloji cəhətdən təmiz olması, yolların səliqəli şəkildə salınması, insanların qaydalara riayət etməsi, bir sözlə, hər şey mükəmməldir.
Tarixi abidələri, muzeyləri gəzmək imkanımız oldu. Xüsusilə hərbi şəhərcikdəki muzey diqqətimi daha çox cəlb etdi. Məncə, belə muzeylərin çoxluq təşkil etməsi sevindirici haldır. Bu, eyni zamanda ordumuzun hansı gücə malik olduğunun göstəricisidir. Naxçıvan gəncləri ilə görüşlərimizdə daha çox aid olduğumuz sahələr müzakirə edildi. İnanıram ki, bu əlaqələr genişlənəcək və biz yenidən Naxçıvana gələcəyik. Təşkilatçıların hər birinə minnətdarıq”.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397639
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
634
5770
17469
56806
3397639

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter