13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Özbəkistanın nüfuzlu “uchildiz.uz” internet saytında “Naxçıvan Azərbaycanın qədim diyarıdır” sərlövhəli məqalə yerləşdirilib. Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dərc olunan məqalədə Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, ərazisi, əhalisi, sərhədləri barədə məlumat verilmiş, muxtariyyət tarixinə nəzər salınmış, müasir inkişafdan bəhs olunmuşdur.

Məqalədə vurğulanmışdır ki, Ermənistan tərəfindən blokada şəraitində saxlanmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçmişdir. Muxtar respublikanın əsas makroiqtisadi göstəriciləri – ümumi daxili məhsulun həcmi, adambaşına düşən ümumi daxili məhsul, sənaye məhsulunun istehsalı, kənd təsərrüfatı məhsulları, əsas kapitala investisiya qoyuluşu, xarici ticarət dövriyyəsi, xidmət sektoru və digər sahələr, təqribən, 20 dəfə artmışdır. Mə­dəniyyət, səhiyyə, təhsil, infra­struktur və digər sahələrdə ciddi nailiyyətlər əldə olunmuşdur. Bu gün Naxçıvan dövlət və hökumət başçılarının görüş yeri, nüfuzlu beynəlxalq konfransların və forumların keçirildiyi diyardır. Yazıda 2018-ci il üçün Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı, həmçinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsinə toxunulmuşdur.

Məqalədə muxtar respublikanın tarixi-memarlıq abidələri, mineral suları, turizm imkanları haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, qədim tarixə malik bu diyardakı 1200-dən çox tarixi abidədən 57-si beynəlxalq, 496-sı isə ümummilli əhəmiyyət kəsb edir. Naxçıvanın əsrarəngiz təbiəti, özünəməxsus iqlim şəraiti, müasir mehmanxanalar, əvəzsiz tarixi abidələrlə yanaşı, 250-dən çox müalicəvi və mineral su mənbəyi bu diyarda müasir tələblərə cavab verən geniş sanatoriya-istirahət zonalarının yaradılmasına imkan verir.
Məqalədə son dövrlərdə Azərbaycan Ordusunun əldə etdiyi uğurlardan bəhs edilmiş, 2018-ci ilin may ayında “Naxçıvan” Əlahiddə Ümumqoşun Ordunun Günnüt kəndinin işğaldan azad olunması üçün keçirdiyi hərbi əməliyyat barəsində məlumat verilmişdir. Muxtar respublikanın blokada şəraitində olmasına baxmayaraq, regional layihələrdən kənarda qalmadığını vurğulayan müəllif 2019-cu ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsindən sonra Naxçıvanın İran İslam Respublikası və Türkiyə Respublikasının dəmiryol sistemlərinin əlaqələndirilməsində mühüm rol oynayacağını bildirmiş, paytaxt Bakı ilə dəmir yolu nəqliyyat xəttinin qurulacağını qeyd etmişdir.
Məqalədə o da vurğulanmışdır ki, qədim Naxçıvan bu gün intibah dövrünü yaşayır. Dövlət və özəl sektorun möhkəmlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına, rəqabət mühitinin formalaşmasına və yüksək texnologiyalara əsaslanan düşünülmüş və sistemli islahatlar iqtisadi tərəqqiyə münbit zəmin yaradır. Bu istiqamətdə sahibkarlıq fəaliyyətini tənzimləyən inzibati mexanizmlərin liberallaşdırılması, özəlləşmə tempinin artırılması, xarici və daxili sərmayə qoyuluşunun cəlb olunması üçün əlverişli şəraitin yaradılması kimi tədbirlər planlı şəkildə reallaşdırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən bütün sahələri əhatə edən və uğurla həyata keçirilən islahatlar Azərbaycanın digər regionlarında idarəetmənin müasir modeli kimi tətbiq olunur. Azərbaycan xalqının ümummilli ­lideri Heydər Əliyevin ideyalarının qürur və sədaqətlə davam etdirildiyi Naxçıvan bu gün Şərqin qapısında məğrur dayanıb.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397695
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
690
5770
17525
56862
3397695

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter