13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Azərbaycan xalqının çoxəsrlik milli dəyərlərinin qorunub yaşadılması, müasir milli müstəvidə inkişaf etdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadimi soykökümüzə qayıdışın, milli hisslərimizin oyanışının xalqımız üçün gərəkliliyini nəzərə almış, bu sahəni hər zaman diqqət mərkəzində saxlamışdır.
Ötən əsrin 70-80-ci illərində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, tarixi abidələrin bərpası xalqın milli şüurunun formalaşmasında mühüm rol oynayıb. Novruz bayramının Azərbaycanda ümumxalq bayramı kimi keçirilməsi də ulu öndərin o dövr üçün böyük cəsarət tələb edən addımlarından biri idi. Xalqımızın dahi oğlunun həmin dövrdə repressiya qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində gördüyü işlər də milli şüurun güclənməsinə xidmət edirdi. Uzаqgörən siyаsətçi Hеydər Əliyеv hаkimiyyətdə оlduğu dövrlərdə dahi şəxsiyyətlərin аdlarını əbədiləşdirməklə, оnlаrın əsərlərinin təkrаr nəşrini təşkil еtməklə, аbidələrini ucаltmаqlа, muzеylərini yаrаtmаqlа хаlqın milli yаddаşının yаşаdılmаsını təmin edib. Böyük sərkərdələrimizin həyat və fəaliyyətlərinin öyrənilməsi xalqın Vətən sevgisini daha da artırıb, hər bir azərbaycanlını müstəqillik, dövlətçilik uğrunda mübarizəyə səfərbər edib.

Azərbaycan tarixinin öyrənilməsi, ümumən, tarixi yaddaşın qorunması, xalqımızın ulu keçmişinə aid yeni elmi əsərlərin, dərsliklərin yazılması da görkəmli dövlət xadimi Heydər Əliyevin diqqət mərkəzində olan məsələlərdən biri idi.
Ümummilli lider Heydər Əliyev milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə yanaşan ulu öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır... Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Milli ideologiyamızın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycançılıq xətti bir tərəfdən Azərbaycanda vahid milli dövlətçiliyin formalaşmasını, milli yetkinləşmə və bütövləşməni nəzərdə tuturdusa, digər tərəfdən Azərbaycan dilinin dövlət dili olaraq inkişafını və ölkə miqyasında, bütün fəaliyyət sahələrində mövqeyinin möhkəmlənməsini əsas götürürdü. Müstəqillik qazandığımız dövrün əvvəllərində dahi şəxsiyyətin müdrik siyasəti nəticəsində dünya azərbaycanlıları ilə iş dövlət əhəmiyyətli strateji məsələyə çevrilmişdi. Bu mühüm işin konsepsiyası – dünya azərbaycanlılarının xalqımızın ayrılmaz hissəsi kimi qəbul edilməsi, Azərbaycan Respublikasının bütün azərbaycanlıların Vətəni olması, həmvətənlərimizin əqidə və əməl birliyi zəminində elmi şəkildə formalaşması, lobbiçilik perspektivi, Azərbaycançılıq ideyasının dövlət siyasəti səviyyəsinə qaldırılması da məhz ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdü. Həmvətənlərimizin milli-mənəvi birliyində önəmli hadisə olan görüşlər, ümummilli liderin hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Azərbaycan xalqına müraciəti, bu münasibətlə respublikamızda və xaricdə keçirilən tədbirlər prioritet məsələnin həllində diasporumuzun mütəşəkkil qüvvə kimi formalaşmasında, lobbiçilik fəaliyyətinin istiqamət və perspektivlərinin müəyyənləşdirilməsində həlledici amillərdən olub. Görkəmli dövlət xadimi Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq, Azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Dahi rəhbər milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində də çox mühüm addımlar atıb. Məhz görkəmli dövlət xadiminin təşəbbüsü ilə Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapıb. Ulu öndər üçün ana dili Azərbaycançılıq ideologiyasının başlanğıc məqamı, təməl prinsipi, ən böyük milli dəyər idi. Məhz bu baxımdan dahi şəxsiyyət qeyd edirdi ki, xalqa milli dəyərləri aşılamaq üçün, ilk növbədə, ona dilini qaytarmaq və sevdirmək lazımdır. Sevindirici haldır ki, ümummilli liderimizin milli-mənəvi dəyərlərimizin yaşadılması ilə bağlı müəyyənləşdirdiyi ənənələr müqəddəs bir miras kimi qorunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində Azərbaycan çağdaş tarixinin intibah mərhələsinə qədəm qoyub, müstəqil dövlətimiz iqtisadi inkişaf potensialına görə lider ölkəyə çevrilib. Azərbaycan mədəniyyətinin inkişafına, milli dəyərlərimizin yaşadılmasına dövlətimiz xüsusi qayğı göstərir.
Görkəmli dövlət xadimi Heydər Əliyev milli dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını, inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürür və deyirdi ki, bunları qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyini qorumaq əzmində olacaqdır. Ulu öndər deyirdi ki, milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən də milli dəyərlərin qorunması və müstəqil inkişafının təmin olunması məqsədi daşıyır.
Naxçıvan Muxtar Respublikasında da milli dəyərlərin qorunması və inkişafı daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2012-ci ilin “Milli dəyərlər ili” elan olunması isə muxtar respublikamızda bu sahədə həyata keçirilən tədbirlərin daha intensiv xarakter almasına geniş imkanlar açıb.
Azərbaycanın siyasi-iqtisadi və sosial inkişafına öz layiqli töhfələrini vermiş muxtar respublikamızda milli dəyərlərə böyük diqqət, qayğı və hörmət göstərilir. 1995-ci ildən bu günə kimi muxtar respublikamızda milli dəyərlərimizin, milli tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin, adət-ənənələrimizin qorunması, zənginləşdirilməsi həmişə diqqət mərkəzində saxlanılıb. Milli dəyərlərə hörmət və ehtiramla yanaşma, bu dəyərlərin elmi baxımdan öyrənilməsi, təbliğ edilməsi istiqamətində aparılan məqsədyönlü siyasət böyük nailiyyətlərin qazanılmasına şərait yaradıb.
Doğma Naxçıvanımız neçə illərdir, böyük tikinti meydançasını xatırladır. Hər il diyarımızın müxtəlif ünvanlarında onlarla yeni obyektlər istifadəyə verilir. Qürurverici haldır ki, yeni inşa olunan, yaxud əsaslı şəkildə yenidən qurulan bütün sosial obyektlərdə, həyata keçirilən digər quruculuq tədbirlərində, ilk növbədə, milli arxitektura üslubuna üstünlük verilir. Daha doğrusu, milli arxitektura üslubuna üstünlük quruculuq proseslərində aparıcı rola malikdir. Bu da milli dəyərlərə sadiqlik, qədim diyarımızın dünənini yaşatmaq, bu gününü gələcəyə daşımaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün muxtar respublikamızda milli dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlər xalqımızın bu dəyərlərə sadiqliyinin, ulu öndərin müqəddəs irsinə dərin hörmətin təzahürüdür.

Qızıltac ŞAHBAZOVA
Naxçıvan Müəllimlər İnstitutunun dosenti, Naxçıvan Muxtar
Respublikasının Əməkdar müəllimi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397719
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
714
5770
17549
56886
3397719

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter