13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Azərbaycanın intellektual birincisi” layihəsinin Naxçıvan Muxtar Respublikası üzrə turnirinin açılış tədbiri keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti ölkəmizdə gənclərin hərtərəfli inkişafını təmin edib. Azərbaycan gəncləri ictimai həyatının bütün sahələrində fəal iştirak edir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada da dövlət gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin istedadlarının üzə çıxarılması, intellektual səviyyələrinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə kompleks tədbirlər görülür. Gənclərin mənəvi tərbiyəsi və onların ictimai-mədəni həyatda iştirakı daim diqqət mərkəzində saxlanılır. Artıq muxtar respublikada yeni texnologiyalara yiyələnmiş, milli dəyərlərə sahib və çağdaş təfəkkürə malik vətənpərvər gənc nəsil formalaşıb.

 Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında gənclər siyasətinin daha bir bəhrəsi isə Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin “Gənclər paytaxtı” seçilməsidir. Bu Naxçıvan Muxtar Respublikası tarixində əlamətdar hadisələrdən biri olaraq muxtar respublikanın və Naxçıvan şəhərinin mövcud imkanlarının ölkə və beynəlxalq  miqyasda təbliği baxımından böyük əhəmiyyətə malikdir. Bu il Naxçıvan şəhərində gənclərlə bağlı çoxsaylı ölkə və beynəlxalq səviyyəli tədbirlər keçirilmişdir.

Sahir Rüstəmov “Azərbaycan İntellektual birincisi” layihəsinin gənclər üçün faydalı olacağını bildirib və iştirakçılara uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti muxtar respublikada da uğurla davam etdirilir. Gənclər muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edirlər. Bu gün muxtar respublikamızda gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği, intellektual səviyyələrinin yüksəldilməsi diqqət mərkəzindədir. Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi, eyni zamanda İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar Naxçıvan şəhərində keçirilən tədbirlərdə də gənclər fəal iştirak edirlər.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov qeyd edib ki, ölkəmizdə gənclərə, onların inkişafına dəstək göstərilir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verir. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

Sonra “Azərbaycanın intellektual birincisi” layihəsi haqqında məlumat verilib. Bildirilib ki, gənclərin maarifləndirilməsinə istiqamətlənən və ölkəmizin 11 regionunda 4 intellektual oyun üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin 70-dən artıq rayonundan 1500 gənc iştirak edib. Layihə 2 mərhələdən ibarət olub. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilir. Bu mərhələdə regional turnirlərdə qalib gələn komandalar final mərhələsində öz şəhərlərini (rayonlarını) təmsil etmək hüququ qazanıb. “Azərbaycanın intellektual birincisi” layihəsinin final mərhələsi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakı şəhərində keçiriləcəkdir.

Sonra “Azərbaycanın intellektual birincisi” layihəsinin regional turniri Naxçıvan Muxtar Respublikasında Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə keçirilib.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397748
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
743
5770
17578
56915
3397748

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter